Ayətullah Fazil Lənkərani



Yüklə 0,58 Mb.
səhifə108/109
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108492
1   ...   101   102   103   104   105   106   107   108   109

ANALİQ MƏQAMİ


Sual: Deyirsiniz ki, "Təthir" ayəsi Allahın saleh və seçilmiş bəndələri olan beş nəfərin sərgüzəştini bəyan edir, ayədə bəhs olunan Əhli-beyt də yalnız beş nəfərdir. Onlardan biri də Peyğəmbərin əziz qızı Fatimeyi Zəhra (əleyha salam)-dır. Həmçinin bu ayə müsəlmanlara rəhbərlik üçün Əhli-beyti hər növ aludəlikdən paklaşdırmışdır. Belə olan halda Peyğəmbərin qızı da müsəlmanlara rəhbər ola bilərmi və İslamın gələcəyində, ölkə işlərində iştirak edə bilərmi?

Cavab: Bu sualı verən şəxs sanki əvvəlki bəhslərə lazımi qədər diqqət yetirməmişdir. Əks halda bu sualın mənası olmazdı. Biz iddia etmirik ki, ayə bu seçilmiş şəxslərin gələcəkdə İslamın rəhbər olmasının zərurətini mütabiqi dəlalət ilə (birbaşa) çatdırır əksinə, ricsin və təthirin, həmçinin bu cür yüksək məqamlı, geniş ürəkli, pak qəlbli şəxslərin yaranmasına dair Allahın əzəli iradəsinin mənalarının, onların hər növ çirkinliklərdən, əxlaqi rəzilətlərdən uzaq olmalarının bəyan olunmasından başa düşürük ki, bu iradə (paklıq) ali və yüksək bir məqsəd olmadan bir qrupun ruhi əzəməti və paklığı üçün deyildir ki, Allahın inayəti ilə yalnız bir xas qrup pak olsun. Aydındır ki, bu iradə İslam ümmətinə inayət və mərhəmət etmək üçündür. Onlar pak olmalıdırlar ki, cəmiyyət də paklıq üzərində qurula bilsin. Onlar əyriliklərdən, sapmalardan uzaq olmalıdırlar ki, "Təthir" ayəsi Əhli-beytin rəhbərliyini bəyan etmək məqsədi daşısın və Allahın iradəsi onları ali insaniyyət üfüqlərinə çatdırsın.

Biz "Təthir" ayəsinin mütabiqi (birbaşa) məfhumunun Əhli-beytin imamətinin dəlillərindən olduğunu demirik ki, hər kəs o beş nəfərdən olsa, İslamın gələcəyinə rəhbərlik edə bilsin. Əksinə biz deyirik ki, bu ayənin məfhumu rəhbərlik məqamı ilə mütənasibdir. Bu məfhum onların üzərinə müəyyən öhdəliklər qoymaq üçündür. Əks halda, bir dəstənin paklıq və müqəddəsliyi bütün müsəlmanların bu paklıqlardan bəhrələnmələri üçün olmasaydı, çox da mühüm bir mətləb olmazdı.

İndi isə bu beş nəfərdən hər birinin ruhi əzəmət və paklığının hansı bir işlə mütənasib olduğunu araşdıraq. زörəsən pak və fəzilətlə dolu olan bir ailənin bütün üzvləri (bu paklığın səmərəli bir nəticə verməsi üçün) hamılıqla müsəlmanların rəhbəri olmalıdırmı, yoxsa, bu ailənin məcmusu İslamın taleyində mühüm rol ifa edir, amma hər biri öz vəzifəsinə müvafiq olaraq xüsusi bir vəzifəni öhdələrinə almışlar? Bu ailə, rəhbərliyinin son çağlarını yaşayan Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) istisna olmaqla (çünki "Təthir" ayəsi Həzrətin ömrünün axırlarında nazil olmuşdu) bir ata, bir ana və iki övladdan təkşil olunmuşdurmu?

Allah bu ailəni hər növ pakizəlik, geniş qəlb və fəzilətlərdən bəhrələndirmişsə, onun üzvlərindən hər biri İslamın gələcək taleyində xüsusi bir vəzifəni ifa etməlidir. Ərin və övladların vəzifəsi tamamilə müəyyəndir: İslama rəhbərlik etmək. Onların özləri də bu şərif ayəyə istinad edərək, bu mühüm vəzifəni xatırlatmışlar.

Amma görəsən bu İslam xanımının öhdəsindəki vəzifə nədən ibarətdir? Qeyd etdiyimiz münasibətlə deməliyik ki, ayə onun da vəzifəsini müəyyən etmişdir: Bir ailədə ata və övladlar rəhbərlik işini öhdəsinə aldıqları üçün, o xanım da fəzilət cəhətindən onlarla eyni bir səviyyədə olmalıdır. Aydındır ki, onun vəzifəsi hər şeydən artıq övladlarını İslama rəhbərlik üçün tərbiyə edib hazırlamaq, ruhi və mənəvi cəhətdən ərinə kömək etməkdir.

Fatimə (əleyha salam) yer üzünün mələkləri və əbədiyyətə qədər insani dəyərlərdə, insaniyyətin son zirvəsində qərar tutmalı olan İslam rəhbərlərinin anasıdır. Əgər pak bir ana olmazsa, o dəyərlərin keşiyində dayanmaq çoxlu maneələrlə qarşılaşar.

Fatimə (əleyha salam) İslam rəhbərinin həyat yoldaşıdır. Əgər həyat yoldaşı fəzilət üfüqündə ərlə eyni dərcədə olmasa, ona müxtəlif maneələr törədər. Deməli, Fatimənin paklığı və müqəddəsliyi də İslamın təməlini möhkəmlətmək və müsəlmanların sıralarının sarsılmasının qarşısını almaq üçündür.

Allahın onları yüksək məqamda qərar verməsi səbəbsiz deyildir. Hər bir insanın fəzilətlərindən biri yaxşı və layiqli ana qucağında böyüməkdir.

Pak və münəzzəh Allah iradə etmişdir ki, bu düzgün yoldakı qələbə pak bir ananın ağuşundan başlansın, onun da ağuşunu Allah Özü pak-pakizə qərar vermişdir.

Bu bəyanla ananın yüksək məqamını dərk etmək olar. Ananın varlığı, hətta Allah tərəfindən paklıqları iradə edilən isnanların belə, pak təbiətli olmasında təsirlidir. Yəni Allahın iradəsi belə olmuşdur ki, onların düzgün yoldakı qələbələri pak ananın nəzarəti altanda olsun.

Qeyd olunanlardan belə nəticə almaq olar ki, "Təthir" ayəsində Allahın inayəti əba altında bir yerə yığışanlar içərisində hamıdan artıq şəxsən Peyğəmbərin qızına aid olmuşdur. Rəvayətlərdə də buna işarə olunması ehtimaldan uzaq deyildir. Çünki rəvayətlərin əksəriyyətində qeyd olunur ki, əba altına yığılanların birincisi Fatimə idi. Belə ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) qızı Fatiməyə buyurdu ki, "ərini və Həsənlə Hüseyni də gətir."

Bəli, "Təthir" ayəsində Pərvərdigarın inayəti Əhli-beytin hamısına aiddir, məhz bu üstünlüklərin səbəbi ilə əba altında bir yerə yığılanların vəzifələrini dərk edirik.

Amma bizim onların hər birinə həvalə olunan vəzifə barəsindəki dərkimiz müxtəlifdir: Fatimənin bu məsuliyyətli işdəki vəzifəsi ərinə yaxşı həyat yoldaşı olmaq, müqəddəs hədəflərini izləməkdə ona mənəvi arxa və dayaq, öz övladlarına da layiqli və mehriban bir ana olmaqdır ki, övladlar onun pak ağuşunda ruhi fəzilətlərdən son dərəcə bəhrələnmək üçün hazırlıqları olsun, Pərvərdigarın istədiyi fəzilətlərin ən yüksək zirvəsinə çata bilsinlər.

وَ السَّلاَمُ عَليَ اُمِّ الاَئِمَّةِ النُّقَباَءِ النُّجَباَءِ فاَطِمَةَ الزَّهْراَءِ وَ عَليَ اَبِيهاَ وَ بَعْلِهاَ وَ بَنِيهاَ




Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin