Ayətullah Fazil Lənkərani



Yüklə 0,58 Mb.
səhifə17/109
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108492
1   ...   13   14   15   16   17   18   19   20   ...   109
"Sonra Biz bu Kitabı Öz bəndələrimizdən olan seçdiyimiz şəxslərə irs verdik"-deyə buyurmur?

Ey "Əl-minarın" müəllifi! Tutaq ki, sən Allahın Rəsulunun savadlı, alim övladlarını ilahi kitabın varisi bilmirsən, amma de görək onları ayədəki "ibad" da (Allah bəndəsi də) hesab etmirsən?!

"Əl-minar"ın müəllifinin şiə rəvayətlərinə, habelə, imamların vasitəsilə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -dən nəql olunan və bunlardan başqa heç bir istinad nöqtəsi olmayan əksər rəvayətlərə tənə vurmaqda, gözdən salmaqda məqsədi təəssübdən başqa bir şeydirmi?! Belə bir təfəkkür təəssüb və inadkarlıq deyildirmi?!

Hətta bunları nəzərə almasaq da, soruşula bilər ki, məgər bu hədisləri yalnız şiə alimləri nəql edir?! Heç qeyrişiə kitablarını mülahizə etmisiniz və bu rəvayəti orada görmüsünüz?! Yoxsa yuxulu halda görmüsünüz və hədislərin sənədlərini qarışıq salmısız?!

Yoxsa sünnü alimi Beyhəqi "Dəlailün-nübüvvət" kitabında "Vəfdu-Nəcran" hadisəsini qeyd etməyib və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in seçdiyi şəxslər içində Fatimə, Həsən və Hüseyn (əleyhimussalam)-dan başqasının olduğunu yazıb?!

حَدَّثَناَ اَبُو عَبْدِ اللهِ الْحاَفِظُ اَبُو سَعِيدٍ وَ مُحَمَّدُ بْنُ مُوسيَ بْنِ الْفَضْلِ قاَلاَ حَدَّثَناَ اَبُو الْعَبّاَسِ مُحَمَّدُ بْنُ يَعْقُوبَ حَدَّثَناَ اَحْمَدُ بْنُ عَبْدِ الْجَبّاَرِ حَدَّثَناَ يُونُسُ بْنُ بُكَيْرٍعَنْ سَلَمَةَ بْنَ عَبْدِ يَسُوعَ عَنْ اَبِيهِ عَنْ جَدِّهِ قاَلَ يُونُسُ...

Hakim "Müstədrək" kitabında Əliyyibni İsadan, o da Əhməd ibni Məhəmməd Əzhəridən, o da Əliyyibni Hücrdən, o da ibni Müshirdən, o da Davud ibni Əbi Hinddən belə nəql edir: Yuxarıda qeyd olunan ayədəki "ənfüsəna" kəlməsindən məqsəd İmam Əli ibni Əbu Talib, "əbnaəna" kəlməsindən məqsəd İmam Həsən və İmam Hüseyn, "nisaəna" kəlməsindən məqsəd isə Fatimədir.

Məgər Əbu Davud Təyalisi bu hədisi mürsəl şəkildə Şəbidən nəql etmirmi? Bu hədis İbni Abbasdan və Bərradan nəql olunmayıbmı? Heç olmazsa öz imamınız və "dinin dayağı və qoruyucusu" ləqəbi verdiyiniz Əbil Fəda İsmail ibni Kəsir Qureyşinin təfsirini oxuyun ki, "mübahilə" barəsindəki rəvayətlər yadınızdan çıxmasın. Yaxşı olardı ki, mötəbər tarix kitabınızı"Əliyyibni Əsirin "Kamil" kitabını bir də vərəqləyəsiniz. O, 2-ci cildin 293-cü səhifəsində belə yazır:



"Nəcran məsihiləri Aqiblə Səyyidi əlavə bir neçə nəfərlə "mübahilə" üçün Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in yanına göndərdilər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onlarla mübahilə etmək üçün Əli, Fatimə, Həsən və Hüseynlə birlikdə evdən çıxdı. Aqib və Seyyid onları görəndə dedilər: "And olsun Allaha, biz gördüyümüz bu dəstədə elə şəxslər vardır ki, əgər dağları yerindən qopartmaq istəsələr, şəksiz bacararlar!" Beləliklə onlar bu məsum, pak şəxsləri gördükdən sonra qorxub mübahilə fikrindən döndülər."

Bəli, sizin istədiyiniz adam və həmfikriniz öz aliminiz Təbəridir. O, tarixdə baş vermiş hadisələrin hətta ən incəliklərini belə öz kitabında yazmışdır. Lakin "Vəfdu-Nəcran" hadisəsinə çatanda yalnız bir sətr, onu da müəmmalı şəkildə yazır, "Mübahilə" ayəsi haqqında isə ümumiyyətlə heç nə yazmır. Halbuki, mübahilə hadisəsi Peyğməbər (səlləllahu əleyhi və alihi və səlləm) -in dövründə ən həyəcanlı, ən həssas və ən mühüm məsələlərdən biri idi. Çünki İslam dini məsihiyyət ilə üzbəüz idi. Bu hadisədə məsihiyyət dünyasının İslam aləmi ilə olan müxalifətinə son qoyacağı, İsa peyğəmbər haqqında məntiqi kəlamı qəbul edərək İslamı qəbul edəcəkləri mümkün idi.

"Əl-minar"ın müəllifi belə təsəvvür edir ki, şiələrin rəvayətləri mübahilə ayəsinə tətbiq oluna bilməz! O, deyir: "Hansı ərəb "nisaəna" kəlməsindən "qız" başa düşür?" Biz də ondan soruşuruq: "Hansı şiə alimi deyir ki, "nisaəna" kəlməsinin mənası Fatimə(əleyha salam)-dır?"

"Mübahilə" hadisəsində Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Biz qadınlarımızı, övladlarımızı və nəfslərimizi (canlarımızı) mübahilə etmək (haqq yolda olmayan tərəfi qarğış etmək) üçün gətirək. Siz də öz qadınlarınızı, övladlarınızı və nəfslərinizi gətirin." Məgər o Həzrətin məqsədi "Mən İslam qadınlarından, İslam övladlarından və ruhları mənimlə, İslamla bir olanları gətirirəm, siz də eyni qayda ilə Məsihi qadınlarından, Məsihi övladlarından və ruhları məsihi dini ilə bir olanları gətirin"-demək deyildimi?! Əgər siz belə incə mətləbləri başa düşmürsünüzsə, onda bunun oxşarlarını, o cümlədən, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in buyurduğu:

اَنا ابْنُ مَكَّةَ وَ مِِنيَ اَناَ ابْنُ زَمْزَمَ وَصَفاَ


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin