Qeyd olundu ki, "Təthir" ayəsi Əhli-beytin öhdəsinə ağır və mühüm bir vəzifəni qoymaq üçün nazil olmuşdur. Gələcək bəhslərdə bəyan olunacağı kimi, bu mühüm vəzifə Əhli-beytin ümmətə rəhbərlik etməsindən başqa bir şey deyildir. Məsum İmamlarımızın "Təthir" ayəsi haqqında dedikləri sözlər, habelə onların xilafət və imamət məsələsində bu ayəyə istinad etmələri müddəamıza gözəl dəlildir. Təbiidir ki, bu ayə vəzifəsi camaat içinə çıxmamaq olan Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) zövcələrinə aid edilə bilməz. İndi isə İslam rəhbərlərinin xilafət barəsində "Təthir" ayəsinə işarə etdikləri bəzi məqamları qeyd edirik: