1-ƏKRƏMƏ KİMDİR?
Əkrəmə İmam Əli (əleyhissalam)-ın barışmaz və qəddar düşmənlərindən biridir. Elə buradan da onun nəzəriyyəsinin İmam Əli (əleyhissalam)-ə qarşı şəxsi ədavət və düşməçilikdən qaynaqlandığını anlamaq olar.
Seyyid Əllamə Şərəfüddin "Əl-kəlimətul-ğərrau fi təfziliz-Zəhra(əleyhissalam)" kitabında yazır: "Əkrəmə xalqı Əliyyibni Əbitalib (əleyhissalam)-ın düşmənlərinin cəbhəsinə çəkmək, onları İmam Əli (əleyhissalam)-dan uzaqlaşdırmaq, vilayət məqamından ayrı salmaq üçün müntəzəm şəkildə fəaliyyət göstərir və bu yolda əlindən gələni əsirgəmirdi. O, mühüm xəvaric38 tayfalarından birinin başçısı idi və inanırdı ki, bütün müsəlmanlar kafirdirlər, həqiqi İslam ardıcılları yalnız xəvariclərdir! Xalid ibni İmran nəql edir ki, həcc mövsümündə Əkrəmənin belə dediyini eşitdim: "Əgər həcc mərasimində iştirak edən hacıların hamısını qılıncdan keçirtsəm, həmişəlik arzuma çatmış olaram!" Əkrəmə Quranın mütəşabih ayələri haqqında deyir: "Bu cür ayələri göndərməkdə Allahın məqsədi camaatı zəlalətə salıb azdırmaqdan başqa bir şey deyil!" İbni Abbasın oğlu deyir: "Bu mənfur şəxs (Əkrəmə) atamın adından yalan hədislər nəql edir, saxta rəvayətlər düzəldərək onları atama istinad verirdi." Əbdüllah ibni Haris İbni Abbasın oğlunun yanında Əkrəməni ciddi şəkildə danlayaraq, dedi: "Niyə Allahı nəzərə almırsan və təqvadan qaçırsan?" İbni Müsəyyibdən də nəql edirlər ki, öz qulunu azad edəndən sonra, ona dedi: "Məbada Əkrəmənin öz ağası İbni Abbasın adından yalan danışdığı kimi, sən də mənim adımdan həqiqətin əksinə (yalan) danışasan!"
Əllamə Şərəfüddinin sözlərindən (onun istinad etdiyi kitablar da sünnü alimləri tərəfindən ravilərin fasiq və ya adil olması barədə yazılan kitablardır) Əkrəmənin həqiqi siması"yalançı, imansız, xain, vicdansız və İmam Əli (əleyhissalam)-ın birinci dərəcəli düşmənlərindən olması aşkar olur.
Deməli, Əkrəmə "Təthir" ayəsi haqqında öz şəxsi nəzəriyyəsini sübut etməyə can atmaqda İmam Əli (əleyhissalam) ilə düşmənçilikdən başqa bir məqsəd güdmür.
Əkrəmə əgər bu rəvayəti öz ağası İbni Abbasın adından nəql edirsə, onda bu, elə onun öz ağasının adından yalan danışmaqdakı köhnə xasiyyətidir. Xüsusilə də bunu nəzərə almaq lazımdır ki, İbni Abbasdan çoxlu rəvayət nəql olunub və hamısı da göstərir ki, "Təthir" ayəsi Peyğəmbərin zövcələri haqqında deyildir. O cümlədən, Əhməd ibni Hənbəl mötəbər sənəd əsasında Əmr ibni Məymundan belə nəql edir: "İbni Abbas İmam Əlinin fəzilətlərini etiraf edərək dedi: Allahın Rəsulu öz əbasını əlinə alıb Əli, Fatimə, Həsən və Hüseynin üstünə çəkdi və "Təthir" ayəsini oxudu: "İnnəma yüridullah...".39
Bəli, Əkrəmə kimi nadan, Əhli-beyt(əleyhimussalam) düşməni və Qurandan xəbərsiz olan bir adamın sözünə əsla inanmaq olmaz, onun nəql etdiyi rəvayətlərin heç bir dəyəri yoxdur.
Dostları ilə paylaş: |