"Təthir" ayəsinin Peyğəmbərin zövcələri barəsində nazil olmasını iddia edən ikinci şəxs Müqatil ibni Süleymandır. Adını qeyd etdiyimiz alim onun barəsində belə yazır: "O da Əmirəl-mömininin qatı və barışmaz düşmənlərindən idi, öz nəzəriyyələrinə haqq qazandırmaq üçün həddindən artıq çalışmış, Əlinin danılmaz fəzilətlərini bacardığı qədər zehnlərdən silmək istəyib. O, etiqad baxımından "müşəbbihə" firqəsindəndir və Allahı insana təşbih edirdi. Əbu Hənifə onun barəsində belə demişdir: "Müqatil təşbihi isbat etmək yolunda ifrata varmış, Pərvərdigarı məxluq kimi təsəvvür etmişdir."