Ayətullah Fazil Lənkərani


MƏRHUM SEYYİD MÜRATƏZANİN SÖZÜ



Yüklə 0,58 Mb.
səhifə51/109
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108492
1   ...   47   48   49   50   51   52   53   54   ...   109

MƏRHUM SEYYİD MÜRATƏZANİN SÖZÜ


Dahi şiə müfəssiri və nəfis "Məcməül-bəyan" təfsirinin müəllifi, hicri tarixi ilə 6-cı əsrdə yaşamış böyük alim Şeyx Təbərsi Seyyid Mürtəza Ələmül-Hüdanın Qurani-Kərim və onun bir yerə yığılması haqqında dediyi sözləri nəql edərək deyir: Seyyid Mürtəza bu sözləri "Tərablusiyyat" dakı məsələlərin cavabında bəyan edir və biz burada o sözlərdən ehtiyac duyulan qədərini qeyd edirik: "Hazırkı Quran eynilə Peyğəmbərin dövründə yazılıb kitab formasında salınan Qurandır. Müddəamızın dəlili budur ki, həmin əsrdə Quranı tədris edirdilər və bir dəstəyə Quranı əzbərləmək əmr olunmuşdu. Buna görə də onlar Quranı Peyğəmbərin yanında oxuyurdular. Əbdüllah ibni Məsud və Übəyy ibni Kəb kimi səhabələr dəfələrlə Quranı əvvəldən-axıra qədər Peyğəmbərin yanında oxumuşdular. Deməli, Qurani-Kərim Peyğəmbərin sağlığında pərakəndə halda deyil, kitab formasında olmuşdur. Bunu qəbul etməyən bəzi həşəviyyə və imamiyyə alimlərinin sözlərinin heç bir əsası yoxdur. Çünki onların etimad etdikləri mənbələr məqbul sayılmayan zəif və etibarsız rəvayətlərdir, halbuki, həmin rəvayətlərin müqabilində çoxlu mötəbər sənədli səhih rəvayətlər vardır ki, Quranın məhz Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) dövründə bir yerə yığılıb kitab halına salındığını göstərir."

Dahi alim və təhqiqatçı Seyyid Mürtəza bu sözləri min il bundan qabaq buyurmuşdur və onun sözləri bizim üçün mötəbər sənəddir. Çünki o, vahid (təkcə bir nəfərin rəvayət etdiyi) xəbəri, eləcə də etibarlı sayılmayan rəvayətləri qəbul etməməklə eyni zamanda Quranın Peyğəmbər dövründə tənzim olunmasına inanır və bu barədə mötəbər və səhihliyində heç bir şəkk-şübhə olmayan rəvayətlərə istinad edir.



Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin