Ayətullah Fazil Lənkərani



Yüklə 0,58 Mb.
səhifə52/109
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108492
1   ...   48   49   50   51   52   53   54   55   ...   109

İKİNCİ DƏLİL


Quranın Peyğəmbərin dövründə kitab halına salınmasının ikinci dəlili etibarlı olmaqla yanaşı, həm də əql tərəfindən məqbul sayılan bir dəlildir. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ayələrin nazil olmasına böyük diqqət yetirir və onları qoruyub-saxlamaq üçün ciddi-cəhdlə çalışırdı. Belə olan halda o Həzrətin, özünün yeganə və əbədi möcüzəsi və bəşəriyyətin axırıncı asimani proqramı olan Müqəddəs Quranı tənzim edib bir yerə yığmaq üçün səhlənkarlıq etməsini və ya bu məsələyə etinasız yanaşmasını əsla demək olmaz.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) "Mən İslam ümməti üçün iki ağır şeyi əmanət qoyub gedirəm"-deyə buyuraraq bu iki əmanətin ən ağırı olan Quranı müsəlmanlara tanıtdırır. Amma bunun mənası o demək deyildir ki, ayələr pərakəndə vəziyyətdə olmuşdur və gələcəkdə kimsə bu ayələri öz istədiyi kimi bir yerə yığıb, öz şəxsi nəzəri, zövqü, fərdi ictihadı ilə hər ayəni istədiyi yerdə yazacaq. Bu işin müsəlmanlara həvalə edilməsi Qurana xələl yetməsinə və onun mühüm həyati vəzifəsinin məhv olmasına səbəb ola bilərdi. Bu kimi inzibatsızlıqların qarşısını almaq Peyğəmbərin vəzifəsi idi. Buna görə də "Peyğəmbərin dövründə Quran kitab formasına salınmamış, bu mühüm vəzifəni Həzrət şəxsən özü yerinə yetirməmiş və onu başqalarının öhdəsinə qoymuşdur" "deyə iddia edənlər əql ilə kəskin müxalifət və onu inkar edirlər.

Əli (əleyhissalam)-ın vəhy mənbəyindən tam və kamil surətdə bəhrələndiyinə, bütün ayələrin şəni-nüzulunu, nazil olduğu yeri və vaxtı bilməsinə, həmçinin özünün "Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) nazil olan Quran mənim yanımdadır"-deyə buyurmasına gəldikdə isə, demək lazımdır ki, ki, İmam Əli (əleyhissalam)-ın Quranı toplayıb bir yerə yığması, kitab halına salması düzdür, lakin o Həzrət özünün dediyi Qurana onun məzmununu, nazil olması səbəblərini, onda icmal (yığcam) surətdə olan bütün sirləri və təvilləri əlavə etmişdir. Quran da özünün kamil şərhi ilə yalnız o müqəddəs şəxsin yanında ola bilər. Başqa sözlə desək, Əli (əleyhissalam)-ın yanında olan Quran Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in dövründə tənzim edilərək bir yerə yığılan Quranın şərhidir. Bu şərhlər də Əli (əleyhissalam)-ın Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -dən öyrəndiyi elmdir. Bu da ilahi əmanət olan "Əlinin müshəfi" dir ki, imamların hər biri digərinə şəxsən (əmanət kimi) təqdim etmiş, onu qoruyub saxlamağa məmur olmuşlar. Hal-hazırda həmin müshəf Qaimi-Ali Mühəmmədin (12-ci İmamımızın) mübarək əlindədir ki, onun hökmlərini dünya miqyasında icra edəcəkdir.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin