DƏLİLLƏRİN XÜLASƏSİ
Qeyd olundu ki, vəhyi yazanlar Qurani-Kərimi elə Peyğəmbərin dövründə və o Həzrətin şəxsi göstərişi və nəzarəti ilə cəm etmişlər. Bundan əlavə, Quranı bir yerə yığıb kitab şəklinə salanın Peyğəmbər olduğunu və onun sağlığında bir yerə yığıldığını sübut edən təhqiqatçıların haqlı olmaları da aydın oldu. Bu Quran Əmirəl-möminin Əli (əleyhissalam)-ın kitabından fərqli olduğuna görə, təbiidir ki, indiki Quran da elə Peyğəmbərin dövründə bir yerə yığılan Qurandır. Buna görə də hər bir surə özünün bütün ayələri ilə, eynilə Peyğəmbərin dövründə olduğu kimi tərtibə salınmışdır, hər bir surənin bütün ayələri də eynilə həmin dövrdəki kimidir.
Bu izahlardan məlum olur ki, "Təthir" ayəsi "Əhzab" surəsinin 33-cü ayəsində olmalıdır və onun həmin yerdə yerləşdirilməsi Peyğəmbərin göstərişi ilə olmuşdur. Habelə bu ayə, müstəqil olmasına baxmayaraq, 33-cü ayənin bir hissəsindən olmalıdır.
Dostları ilə paylaş: |