"Bilqeys (Süleymandan məktub alandan sonra) öz müşavirlərinə dedi: Padşahlar hər şəhərə شirsələr, oranı darmadağın, yerlə yeksan edər və qüdrətli xalqları zəlil edərlər. (Allah burada Özü buyurur:) Düzdür, padşahlar bu cür iş görürlər. Mən Süleyman və onun ətrafındakıların yanına nümayəndə və hədiyyə göndərəcəyəm, görüm onlar haqqında mənə nə xəbər gətirəcəklər?"50
Bu ayədə sözün əvvəli və axırı Bilqeys haqqındadır. Lakin ayənin ortasındakı Allahın sözü "və kəzalikə yəfəlun" düzdür, padşahlar bu cür iş görürlərَ cümləsi mötərizə cümləsidir.
ثُمَّ قَسَتْ قُلُوبُكُمْ مِنْ بَعْدِ ذاَلِكَ فَهِيَ كَالْحِجاَرَةِ اَوْ اَشَدُّ قَسْوَةً وَ اِنَّ مِنَ الْحِجاَرَةِ لَماَ يَتَفَجَّرُ مِنْهُ الاَنْهاَرُ وَ اِنَّ مِنْهاَ لَماَ يَشَّقَّقُ فَيَخْرُجُ مِنْهُ الْماَءُ وَ اِنَّ مِنْهاَ لَماَ يَهْبِطُ مِنْ خَشْيَةِ اللهِ وَماَ اللهُ بِغاَفِلٍ عَمّاَ تَعْمَلُونَ اَفَتَطْمَعُونَ اَنْ يُؤْمِنُوا لَكُمْ وَقَدْ كاَنَ فَرِيقٌ مِنْهُمْ يَسْمَعُونَ كَلاَمَ اللهِ ثُمَّ يُحَرِّفُونَهُ مِنْ بَعْدِماَ عَقَلُوهُ وَهُمْ يَعْلَمُونَ وَاِذاَ لَقُوا الَّذِينَ أمَنُوا قاَلُوا أمَنّاَ وَ اِذاَ خَلاَ بَعْضُهُمْ اِليَ بَعْضٍ قاَلُوا اَتُحَدِّثُونَهُمْ بِماَ فَتَحَ اللهُ عَلَيْكُمْ لِيُحاَجُّوكُمْ بِهِ عِنْدَ رَبِّكُمْ اَفَلاَ تَعْقِلُونَ
"O əməllərinizdən sonra, sizin"ey yəhudi xalqı"ürəkləriniz qəsavət bağladı. Sizin ürəkləriniz daş kimidir, yaxud daşdan da bərkdir. Çünki bəzi daşlardan arxlar axır, bəzi daşlar isə Allahın qorxusundan parça-parça olurlar. Allah gördüyünüz işlərdən xəbərsiz deyil. Aya siz müsəlmanlar, bu yəhudi xalqının (bu cür daşürəkliliklə) sizin dinə iman gətirmələrini gözləyirsiniz? Halbuki, yəhudilərdən bir dəstəsi Allahın kəlamını eşidir, onu düzصün və dərindən başa düşür və bunların hamısının Allah kəlamı olduğunu bilə-bilə onu təhrif edir (artırıb-azaldır), həqiqətin üstünü örtmək, onu tərsinə cilvələndirmək üçün çalışırlar. Onlar müsəlmanlarla görüşəndə yalandan "biz iman gətirmişik"-deyirlər, amma bir-biri ilə xəlvətdə görüşdükləri zaman rəhbərlərinə etiraz edərək deyirlər ki, nə üçün Tövratdakı gizli sirləri (müsəlmanların və İslam dininin haqq olmasını sübut edən sirləri-müt.) müsəlmanlar üçün açıb deyirsiniz? Bu işiniz müsəlmanların Allahın yanında öz sözlərinizlə sizi məhkum etmələrinə səbəb olur. Məgər ağlınız yoxdur ki, bu cür gözlənilməz işlər görürsünüz?!"51
Bu ayələr yəhudilərin mənfur ruhi səciyyələrini, daş ürəkli olmasını bəyan etməklə başlayır və yəhudilərin öz rəhbərlərinə etiraz etmələrini bəyan etməklə qurtarır. Amma Allah bu ayələrin əsnasında mötərizə cümləsi şəklində müsəlmanlara buyurur ki, yəhudilərdən ümidinizi kəsin, onların iman gətirməsini heç vaxt gözləməyin.
Bəli, Qurani-Kərim öz fəsahət və bəlağətinin yüksək zirvəsində sözə başlayır. İstidradi cümlələri, cümlənin əvvəli və axırı ilə heç bir əlaqəsi olmayan mötərizə cümlələrini gətirərək öz ali məqsədlərini ifadə edir. Yuxarıda qeyd etdiyimiz üç ayə buna canlı misaldır. Yaxşı olar ki, bu kimi mötərizə cümlələrinin məqsədini araşdıraq.
Dostları ilə paylaş: |