HƏQİQƏTİN BİR GUŞƏSİ
Heç kəs bu inayət və mərhəmətin əsassız və mənasız olmasını, insanın bu böyük inayəti qazanmağa qabiliyyət və istedadı olmadan Allah-Taalanın Öz lütfündən ona bağışladığını güman etməsin, belə fikirləşməsin ki, Əhli-beyt(əleyhimussalam) yalnız Peyğəmbərin yaxın adamları olduğuna görə Allah-Taalanın xüsusi lütfündən bəhrələnmişdir! Bu cür fikirlər tamamilə əsassızdır. İnayəti qazanmaq insanın öz əlindədir. Əgər insanın qabiliyyəti olsa, Allah-Taalanın müqəddəs feyzini əldə edə bilər. Biz bu məsələ ilə əlaqədar yalnız bir ayəyə işarə edir, əlavə təhqiqatı oxucuların özlərinə həvalə edirik.
"İnsan" surəsinin 68-69-cu ayələrində Allah-Taalanın əta etdiyi mənəvi hədiyyələrin sirri belə bəyan edilir:
وَمَنْ يُطِعِ اللهَوَالرَّسُولَ فَاُولئِكَ مَعَ الَّذِينَ اَنْعَمَ اللهُعَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّقِينَ وَالشُّهَداَءِ وَالصّاَلِحِينَ وَحَسُنَ اُولَئِكَ رَفِيقًاßلِكَ الْفَضْلُ مِنَ اللهِوَكَفيَ بِاللهِعَلِيمًا
"Hər kəs Allaha və Onun Rəsuluna itaət etsə, Allahın nemət əta etdiyi şəxslərlə"peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birlikdə olar və onlarla yoldaşlıq necə də شözəldir! Bu fəzl, inayət və bəxşiş Allah tərəfindəndir və Allahın elmi müti və layiqli bəndələri tanımaqda kifayətdir."
Bu iki ayə Allah-Taalanın verdiyi nemətlərin səbəbini insanın əməlləri hesab edir. Əbədi və xoşbəxt həyata, yüksək mənəvi məqamlara nail olmaq yalnız Allaha və Onun Rəsuluna itaət etməklə müyəssər olur. Bu halda Allah Özünün böyük inayət və ehsanını hər kəsə deyil, yalnız bu kimi insanlara rəva görür.
Deməli, insan Allahın inayətini cəlb etmək, Onun müqəddəs feyz nurlarından bəhrələnmək üçün çox ciddiyyətlə çalışmalıdır.
Dostları ilə paylaş: |