Ayətullah Fazil Lənkərani



Yüklə 0,8 Mb.
səhifə30/30
tarix14.06.2018
ölçüsü0,8 Mb.
#53648
1   ...   22   23   24   25   26   27   28   29   30

QEYD


Yenə də xatırladırıq ki, bu kitabda nəzərdə tutduğumuz məsələ yalnız "Təthir" ayəsi və Peyğəmbərin zövcələri barəsində olan sair ayələrdir. Çünki bu ayələr yalnız o Həzrətin zövcələrinin vəzifələrini bəyan edir. Buna görə də onların mürtəkib olacağı çirkin əməllər onların əzabını, layiqli əməlləri isə onlara veriləcək savabı iki qat artırır. Həmçinin, 31-ci ayədə həmin məsələyə aşkar surətdə diqqət yetirilir və "ey qadınlar, bu göstərişlər sizin barənizdədir"-deyə, Həzrətin zövcələrinə buyurur ki, "لَسْتُنَّ كَاَحَدٍ مِنَ النِّساَءَِ "Siz adi qadınlar kimi deyilsiniz."

Buna əsasən, bu kitabda xatırladılan məsələlər Peyğəmbərin zövcələri üçün xüsusi göstərişləri bəyan edir. Amma qadınların İslamın ictimai həyatında nə kimi vəzifələri öhdədar olduqlarını araşdırmağa gəldikdə isə, bu, kitabın məqsədindən xaric olan ayrıca bir məslədir.


ANALİQ MƏQAMİ


Sual: Deyirsiniz ki, "Təthir" ayəsi Allahın saleh və seçilmiş bəndələri olan beş nəfərin sərgüzəştini bəyan edir, ayədə bəhs olunan Əhli-beyt də yalnız beş nəfərdir. Onlardan biri də Peyğəmbərin əziz qızı Fatimeyi Zəhra (əleyha salam)-dır. Həmçinin bu ayə müsəlmanlara rəhbərlik üçün Əhli-beyti hər növ aludəlikdən paklaşdırmışdır. Belə olan halda Peyğəmbərin qızı da müsəlmanlara rəhbər ola bilərmi və İslamın gələcəyində, ölkə işlərində iştirak edə bilərmi?

Cavab: Bu sualı verən şəxs sanki əvvəlki bəhslərə lazımi qədər diqqət yetirməmişdir. Əks halda bu sualın mənası olmazdı. Biz iddia etmirik ki, ayə bu seçilmiş şəxslərin gələcəkdə İslamın rəhbər olmasının zərurətini mütabiqi dəlalət ilə (birbaşa) çatdırır əksinə, ricsin və təthirin, həmçinin bu cür yüksək məqamlı, geniş ürəkli, pak qəlbli şəxslərin yaranmasına dair Allahın əzəli iradəsinin mənalarının, onların hər növ çirkinliklərdən, əxlaqi rəzilətlərdən uzaq olmalarının bəyan olunmasından başa düşürük ki, bu iradə (paklıq) ali və yüksək bir məqsəd olmadan bir qrupun ruhi əzəməti və paklığı üçün deyildir ki, Allahın inayəti ilə yalnız bir xas qrup pak olsun. Aydındır ki, bu iradə İslam ümmətinə inayət və mərhəmət etmək üçündür. Onlar pak olmalıdırlar ki, cəmiyyət də paklıq üzərində qurula bilsin. Onlar əyriliklərdən, sapmalardan uzaq olmalıdırlar ki, "Təthir" ayəsi Əhli-beytin rəhbərliyini bəyan etmək məqsədi daşısın və Allahın iradəsi onları ali insaniyyət üfüqlərinə çatdırsın.

Biz "Təthir" ayəsinin mütabiqi (birbaşa) məfhumunun Əhli-beytin imamətinin dəlillərindən olduğunu demirik ki, hər kəs o beş nəfərdən olsa, İslamın gələcəyinə rəhbərlik edə bilsin. Əksinə biz deyirik ki, bu ayənin məfhumu rəhbərlik məqamı ilə mütənasibdir. Bu məfhum onların üzərinə müəyyən öhdəliklər qoymaq üçündür. Əks halda, bir dəstənin paklıq və müqəddəsliyi bütün müsəlmanların bu paklıqlardan bəhrələnmələri üçün olmasaydı, çox da mühüm bir mətləb olmazdı.

İndi isə bu beş nəfərdən hər birinin ruhi əzəmət və paklığının hansı bir işlə mütənasib olduğunu araşdıraq. زörəsən pak və fəzilətlə dolu olan bir ailənin bütün üzvləri (bu paklığın səmərəli bir nəticə verməsi üçün) hamılıqla müsəlmanların rəhbəri olmalıdırmı, yoxsa, bu ailənin məcmusu İslamın taleyində mühüm rol ifa edir, amma hər biri öz vəzifəsinə müvafiq olaraq xüsusi bir vəzifəni öhdələrinə almışlar? Bu ailə, rəhbərliyinin son çağlarını yaşayan Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) istisna olmaqla (çünki "Təthir" ayəsi Həzrətin ömrünün axırlarında nazil olmuşdu) bir ata, bir ana və iki övladdan təkşil olunmuşdurmu?

Allah bu ailəni hər növ pakizəlik, geniş qəlb və fəzilətlərdən bəhrələndirmişsə, onun üzvlərindən hər biri İslamın gələcək taleyində xüsusi bir vəzifəni ifa etməlidir. Ərin və övladların vəzifəsi tamamilə müəyyəndir: İslama rəhbərlik etmək. Onların özləri də bu şərif ayəyə istinad edərək, bu mühüm vəzifəni xatırlatmışlar.

Amma görəsən bu İslam xanımının öhdəsindəki vəzifə nədən ibarətdir? Qeyd etdiyimiz münasibətlə deməliyik ki, ayə onun da vəzifəsini müəyyən etmişdir: Bir ailədə ata və övladlar rəhbərlik işini öhdəsinə aldıqları üçün, o xanım da fəzilət cəhətindən onlarla eyni bir səviyyədə olmalıdır. Aydındır ki, onun vəzifəsi hər şeydən artıq övladlarını İslama rəhbərlik üçün tərbiyə edib hazırlamaq, ruhi və mənəvi cəhətdən ərinə kömək etməkdir.

Fatimə (əleyha salam) yer üzünün mələkləri və əbədiyyətə qədər insani dəyərlərdə, insaniyyətin son zirvəsində qərar tutmalı olan İslam rəhbərlərinin anasıdır. Əgər pak bir ana olmazsa, o dəyərlərin keşiyində dayanmaq çoxlu maneələrlə qarşılaşar.

Fatimə (əleyha salam) İslam rəhbərinin həyat yoldaşıdır. Əgər həyat yoldaşı fəzilət üfüqündə ərlə eyni dərcədə olmasa, ona müxtəlif maneələr törədər. Deməli, Fatimənin paklığı və müqəddəsliyi də İslamın təməlini möhkəmlətmək və müsəlmanların sıralarının sarsılmasının qarşısını almaq üçündür.

Allahın onları yüksək məqamda qərar verməsi səbəbsiz deyildir. Hər bir insanın fəzilətlərindən biri yaxşı və layiqli ana qucağında böyüməkdir.

Pak və münəzzəh Allah iradə etmişdir ki, bu düzgün yoldakı qələbə pak bir ananın ağuşundan başlansın, onun da ağuşunu Allah Özü pak-pakizə qərar vermişdir.

Bu bəyanla ananın yüksək məqamını dərk etmək olar. Ananın varlığı, hətta Allah tərəfindən paklıqları iradə edilən isnanların belə, pak təbiətli olmasında təsirlidir. Yəni Allahın iradəsi belə olmuşdur ki, onların düzgün yoldakı qələbələri pak ananın nəzarəti altanda olsun.

Qeyd olunanlardan belə nəticə almaq olar ki, "Təthir" ayəsində Allahın inayəti əba altında bir yerə yığışanlar içərisində hamıdan artıq şəxsən Peyğəmbərin qızına aid olmuşdur. Rəvayətlərdə də buna işarə olunması ehtimaldan uzaq deyildir. Çünki rəvayətlərin əksəriyyətində qeyd olunur ki, əba altına yığılanların birincisi Fatimə idi. Belə ki, Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) qızı Fatiməyə buyurdu ki, "ərini və Həsənlə Hüseyni də gətir."

Bəli, "Təthir" ayəsində Pərvərdigarın inayəti Əhli-beytin hamısına aiddir, məhz bu üstünlüklərin səbəbi ilə əba altında bir yerə yığılanların vəzifələrini dərk edirik.

Amma bizim onların hər birinə həvalə olunan vəzifə barəsindəki dərkimiz müxtəlifdir: Fatimənin bu məsuliyyətli işdəki vəzifəsi ərinə yaxşı həyat yoldaşı olmaq, müqəddəs hədəflərini izləməkdə ona mənəvi arxa və dayaq, öz övladlarına da layiqli və mehriban bir ana olmaqdır ki, övladlar onun pak ağuşunda ruhi fəzilətlərdən son dərəcə bəhrələnmək üçün hazırlıqları olsun, Pərvərdigarın istədiyi fəzilətlərin ən yüksək zirvəsinə çata bilsinlər.

وَ السَّلاَمُ عَليَ اُمِّ الاَئِمَّةِ النُّقَباَءِ النُّجَباَءِ فاَطِمَةَ الزَّهْراَءِ وَ عَليَ اَبِيهاَ وَ بَعْلِهاَ وَ بَنِيهاَ



"Salam olsun nəcib və pak İmamların anası Fatimeyi Zəhraya, onun atasına və oğlanlarına!"


1"Ənbiya" surəsi, ayə…10

2"Qəsəs" surəsi, ayə…6

3"Rum" surəsi, ayə…28

4"Rəd" surəsi, ayə…4

5"Züxrüf" surəsi, ayə…3

6"Ənfal" surəsi, ayə…22

7"Əraf" surəsi, ayə…179

8"Bəqərə" surəsi, ayə…171

9Surət–fərqləndirici əlamət (fəsl), maddə isə cinsdir. Yəni insan sair heyvanlarla maddədə şərikdir, yalnız surət ilə, yəni əql, külliyyatı dərk etmə qüvvəsi ilə seçilir.

10"Loğman" surəsi, ayə…20

11"Nəhcül bəlağə"nin şərhi, (İbni Əbil Hədid) kitabın əvvəlindəki xütbə

12"Nisa" surəsi, ayə…95

13"Bəqərə" surəsi, ayə…3

14"Zümər" surəsi, ayə…9

15"Bəqərə" surəsi, ayə…75

16"Ali İmran" surəsi, ayə…61

17"Nur" surəsi, ayə…61

18"Bəqərə" surəsi, ayə…27

19Müşriklər Peyğəmbərimizi öldürmək üçün 40 cəngavər hazırladılar. Onlar, Peyğəmbəri yatdığı yerdə öldürməyi qərara aldılar. Bundan xəbər tutan Peyğəmbər Əli (əleyhissalam)-a onun yerində yatmağı təklif etdi ki, düşmənlər elə bilsin yatan Peyğəmbərdir. Əli (əleyhissalam) bu təklifi səmimi qəlbdən qəbul etdi. (Çünki həm Peyğəmbərin canı, həm də İslam xətərə düşmüşdü.) Peyğəmbər isə məxfi olaraq Məkkədən Mədinəyə tərəf hərəkət etdi. (Mütərcimdən.)

20"İştira" isə yəşrinin deyil, "yəştərinin" köküdür. (Mütərcimdən.)

21"Nisa" surəsi, ayə…74

22"Yusif" surəsi, ayə…208

23"Əhzab" surəsi, ayə…33

24Ərəb dilində 14 əvəzlik vardır ki, "siz" əvəzliyi qadınlar üçün işlənərsə, „ÔÊÒÓ "kunnə", kişilər üçün işlənərsə „ÔÂÚ "kum" formasında gəlir.

25"Bihar", 6-cı cild

26"Biharül-ənvar", 6-cı cild

27"Qamusur-rical", 4-cü cild, səh.256

28"Nəhcül bəlağə"nin şərhi, (İbni Əbil Hədid), 6-cı cild səh.219

29Tabein o şəxslərə deyilir ki, Peyğəmbəri görəməyiblər, lakin onun əshablarını görüblər.

30Əhd-peyman sındırıb Ayişə, Təlhə və Zübeyrin rəhbərliyi ilə Əli (ə)-ın əleyhinə qiyam edənlər.

31"Qamusur-rical", 6-cı cild, səh 3.

32"Nəhcül-bəlağə"nin şərhi (İbni Əbil Hədid), 6-cı cild, səh.7

33"Nəhcül-bəlağə"nin şərhi (İbni Əbil Hədid), 6-cı cild, səh.11-12.

34Təbərsi "Ehticac" kitabında İmam Baqir (ə)-dan da bir hədis nəql edərək yazır ki, Əli (ə) 6 nəfərlik şurada özünün xilafətə hamıdan artıq layiqli olduğunu göstərən bir dəlil də qeyd etmişdir. O dəlil də məhz "Təthir" ayəsidir.

35Ta ki bir kəs deməsin ki, Əli (ə) təqribən 15 ildən sonra çox təbii və adi bir iş sayılan şeyi özünə iftixar saydı.

36"Qamusür-rical", 6-cı cild, səh.20

37Sünnülərin Qurani Kərimdən sonra altı ən mötəbər kitablarına "Sihahi-sittə" (altı səhih kitab) deyirlər ki, hər kitabın özünə məxsus adı vardır.

38Xəvaric–Məsum və adil imamın əleyhinə qiyam edən bir tayfadır ki, əsası "Siffeyn" müharibəsində qoyulmuşdur.

39"Ğayətül-məram" (Bəhrani) səh.287

40"Əl-Burhan" təfsiri, 3-cü cild.

41"Əl-mizan" təfsiri, 12-ci cild, səh.374

42"Əl-bəyan" təfsiri, əvvəlinci çap, səh.64

43"Əl-mizan" təfsiri, 12-ci cild, səh. 127 Süveyd ibni Qəflətin rəvayəti.

44"Əl-bəyan", birinci çap.

45"Əl-mizan" təfsiri, 12-ci cild səh.127

46"Əl-bəyan", 2-ci cild, səh.277

47"Təbərrəcnə" felinin kökü bəlkə də farsca olan bürc sözündən alınmışdır, bu halda ayənin mənası belə olar ki, "küçələrə baxan otaqlardan".

48İstidrad–haqqında bəhs edilən mövzudan başqa bir mövzuya keçib, sonra isə bir daha əvvəlinci mövzuya qayıtmağa deyilir.

49"Yusif" surəsi ayə…28 və 29

50"Nəml" surəsi, ayə…34 və 35

51"Bəqərə" surəsi, ayə…73, 74, 75

52"Nəhcül-bəlağə".

53"Əli Həsəni vurdu" cümləsində "Əli" fail, "vurdu" fel, "Həsəni" isə məful adlanır. Məful Azərbaycan dilində kimi? nəyi? sualına cavab verən nitq hissəsinə deyilir (tamamlıq). Müt.

54"Ənam" surəsi, ayə…151

55"Qamusür-rical", 6-cı cild, səh.402

56Ərəb dilində buna əhd əlif-lamı deyilir. Yəni müəyyən bir şey danışanın və dinləyicinin zehnində əvvəlcədən məlum olur, onu göstərmək üçün "filan gün filan yerdəki şey" əvəzinə onun əvvəlinə əlif-lam gətirilir və mənası da həmin şeyə işarə edilir. Mütərcimdən.

57"Hud" surəsi, ayə…73

58"Təfsiri ibni Kəsir", 3-cü cild səh.484

59"Təfsiri ibni Kəsir", 3-cü cild, səh.485

60"Təfsiri nurus-səqələyn", 4-cü cild, səh.277

61Mərhum Əllamə Mücahid Seyyid Şərəfüddin şərif risaləsi olan "Əl-kəlimətul ğərra"da deyir… "Ənəs ibni Malik nəql etdiyi rəvayətdə, Əhməd Hənbəlin "Müsnəd"ində (3-cü cild, səh.259) və çoxlu ravilər də öz kitablarında qeyd etmişlər ki, Peyğəmbəri Əkrəm (s) altı ay müddətində sübh namazı üçün evdən çıxarkən Fatimənin evinin qarşısından keçəndə "Əssəlatu, ya Əhləl-beyt", deyər, bunun ardınca da "Təthir" ayəsini tilavət edərdi. İbni Abbas rəvayətdə bu işin yeddi ay davam etdiyini qeyd edir. Nəbhani və başqalarının rəvayətlərində isə bu işin 8 ay davam etdiyini qeyd edirlər.

62"Nurus-səqəleyn" təfsiri, 4-cü cild, səh.277 (Əbu Səid Xudridən nəqlən)

63Yenə orada, səh.276

64"Nurus-səqəleyn" təfsiri, 4-cü cild, səh.273

65"Nurus-səqəleyn" təfsiri, 4-cü cild, səh.271

66"Nurus-səqəleyn" təfsiri, 4-cü cild, səh.273

67"Qamusür-rical", 6-cı cild, səh.20

68"Lühuf", səh.53

69"Təfsiri-ibni Kəsir", 3-cü cild, səh.483 və əvvəldə qeyd olunan sair mötəbər mənbələr.

70"Nurus-səqəleyn" təfsiri, 4-cü cild, səh.273 (Əbdürrəhman ibni Kəsirdən rəvayəti).




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin