2. AYİŞƏ VƏ ZEYD İBNİ SUHANİN MƏKTUBLAŞMASİ
İkincisi, Zeyd ibni Suhanın Ayişəyə yazdığı cavab məktubudur.
Səsəənin qardaşı və "tabeinin"29 tanınmış şəxsiyyətlərindən olan Zeyd ibni Suhan da Üveys Qərəni kimi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -i görüb ziyarət etməmiş, amma həzrət ona behişt müjdəsini vermişdir. O (Zeyd ibni Suhan) "Cəməl" müharibəsində Əliyyibni Əbitalib (əleyhissalam)-ı himayə etmiş və nakisin30 tərəfindən öldürülmüşdür.
Ayişə öz dəstəsi ilə Bəsrəyə çatanda, Zeyd ibni Suhana bir məktub yazdı. Bu məktubu cavabı ilə birlikdə İbni Əsirin "Kamil" kitabında (4-cü cild, səh.216) görmək olar. (Bu məktub "Qamusür-rical" və sair rical kitablarında da cüzi məzmun fərqi ilə nəql olunub). Həmin məktubu "Kamil"dən nəql edirik:
مِنْ عاَيِشَةَ اُمِّ الْمُؤْمِنِينَ حَبِيبَةِ رَسُولِ اللهِ(ص) اِليَ اْبنِهَا الْخاَلِصِ زَيدِ بْنِ صُوهاَنَ اَمّاَ بَعْدُ فَاِذاَ اَتاَكَ كِتابِي هذَاَ فَاَقْدِمْ فَانْصُرْناَ فَاِنْ لَمْ تَفْعَلْ فَحَذِّلِ النّاَسَ عَنْ عَلِيٍّ
"Allah Rəsulunun sevimlisi Ayişə Ümmül-möminindən onun sədaqətli övladı Zeyd ibni Suhana.
Ey Zeyd! Mənim məktubum sənə çatan kimi bizə kömək etmək üçün dayanmadan özünü bizə yetir. Əgər bizə kömək etmək fikrində olmasan, heç olmazsa camaatı Əlidən uzaqlaşdır, Kufədən bir nəfərin belə, ona kömək etmsinə qoyma." (Zeyd bu vaxt Kufədə idi.)
ZEYDİN CAVABİ
اَمّاَ بَعْدُ فَاَنَا ابْنُكِ الْخالِصُ لَئِنِ اعْتَزَلْتِ وَرَجَعْتِ اِليَ بَيْتِكِ وَاِ˙َ فَاَنَا اَوَّلُ مَنْ نابَذَك
"Ey Ayişə! Mən yalnız sənin bu müharibədən əl çəkib öz evinə qayıtdığın vaxt sənin sədaqətli oğlun olaram (və sən də möminlərin anası olarsan). Əks halda, mən özüm sənin ilk düşmənlərindən olacağam."
Zeydin Ayişəyə verdiyi bu cavab, həmin dövrdə müsəlman ümmətindən hər bir sinfin öz vəzifələri haqqında olan məlumatını açıq-aydın şəkildə göstərir. Zeydin nəzərində Ayişə o vaxt "möminlərin anası" ləqəbinə layiq ola bilər ki, özünün evdarlıq vəzifəsinə əməl etsin. Amma əgər müsəlmanların mühüm siyasi işlərinə baş qoşarsa, "möminləri anası" iftixarına nail ola bilməz, Zeyd də onun övladı sayılmaz.
Zeyd Quranda Peyğəmbərin zövcələri üçün təyin olunan vəzifəni Ayişəyə xatırladaraq deyir ki, o, öz evinə qayıdıb kişilərin işlərini özlərinə həvalə etməlidir, əks halda Peyğəmbərin zövcəsi kimi ehtirama layiq görülməyəcək və möminlərin anası ləqəbini əldən vercək. Belə olan halda Zeyd də onun övladın yox, düşməni olacaq, əlindəki qılıncla öz vəzifəsinə əməl edərək onu evinə qaytaracaq.
Təbəri yazır: Zeyd bu məktubdan sonra deyirdi:
رَحِمَ اللهُ اُمَّ الْمُؤْمِنِينَ اُمِرَتْ اَنْ تَلْزَمَ بَيْتَهاَ وَ اُمِرْناَ اَنْ نُقاَتِلَ فَتَرَكَتْ ماَ اُمِرَتْ بِهِ وَ اَمَرَتْناَ بِهِ وَ صَنَعَتْ ماَ اُمِرناَ بِهِِ وَ نَهَتْنا عَنْهُ
"Allah Ümmül-mömininə rəhmət eləsin! Onun işindən doğrudan da təəccüb edirəm. Ayişənin vəzifəsi evində oturub ev işləri ilə məşğul olmaq, bizim işimiz isə cihada getmək idi. Amma iş əksinə oldu: Ayişə müharibəyə gedir, ev işlərini görməyi isə bizə əmr edir. Bizim görməli olduğumuz işləri o görür və bizi həmin işlərdən çəkindirir."
Zeyd ibni Suhan bilir ki, "vəqərnə fi buyutikunnə" ayəsi Ayişənin vəzifəsini təyin edir. Lakin o, öz vəzifəsinin əksinə əməl edir və elə güman edir ki, müsəlmanların rəhbəri olmalı, Osamanın intiqamını almaq bəhanəsi ilə Cəmələ (erkək dəvəyə) minməlidir.
Zeyd ibni Suhan yaxşı-yaxşı dərk edir ki, Allah "Təthir" ayəsində müsəlmanlara rəhbərlik etməyi Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in Əhli-beytindən olan Həzrət Əli (əleyhissalam)-ın öhdəsinə qoymuşdur. Məhz buna görə də onu himayə edib cihad meydanında iştirak etməyə, öz rəhbərini və İmamını müdafiə etmək kimi islami vəzifəsini yerinə yetirməyə həmişə hazır olur.
Zeyd İslam cəmiyyətinin müqəddəratının qadınların əli ilə həll olunmadığını, eləcə də "Təthir" ayəsinin Ayişəni təthir etmədiyini (paklamadığını) bilir və onun tutduğu işdən çox təəccüblənir, heyrətə dalır. Əgər "Təthir" ayəsi Ayişənin haqqında nazil olsaydı, Zeyd onun dəvətinə mənfi cavab verməz, onun bu işini İslama hörmətsizlik saymaz və hökmən "Ayişənin gördüyü hər bir iş Allahın inayəti ilədir, Allahın əzəli iradəsi onun pak, nəcabətli olmasını hökm etmişdir və onun bu işləri hamı üçün höccətdir"-deyərdi. Necə ki, Ümmü Sələmənin dediyi sözlər onun Həzrət Əli (əleyhissalam)-a itaət və onu müdafiə etməsinə səbəb olmuşdu.
Zeyd yalnız buna görə Ümmü Sələmənin sözünü mötəbər sənəd kimi qəbul edir və Ayişənin gördüyü işi İslam dininin əleyhinə olan bir əməl hesab edirdi ki, o, "Təthir" ayəsinin Ayişənin barəsində deyil, Həzrət Əli və Əhli-beytin sair üzvləri barəsində nazil olduğunu bilirdi. Zeyd Ümmü Sələmənin Allah-Taala tərəfindən Peyğəmbərin zövcələri üçün nazil edilən ayələrin hökmünə əməl edərək, öz vəzifəsini layiqincə yerinə yetirdiyini gördüyü üçün onun sözünə inanır və öz canını Əli (əleyhissalam)-ın yolunda fəda edir.
3-İBNİ ABBASLA AYİŞƏNİN SÖHBƏTİ
Ayişə "Cəməl" müharibəsindən sonra Bəsrənin yaxınlığındakı "Bəni Xəlf" sarayına getdi. Həzrət Əli (əleyhissalam) İbni Abbası göndərdi ki, onu təcili olaraq Mədinəyə"öz evinə qaytarsın. İbni Abbas saraya gəldi, daxil olmaq üçün Ayişədən icazə istədi, lakin o, icazə vermədi. İşi belə görən İbni Abbas icazəsiz saraya daxil oldu. Ayişə onu danlayıb dedi: "Nə üçün mənim evimə icazəsiz girdin?!" İbni Abbas dedi: "İslamın hökmlərini və qayda-qanunlarını bizə öyrətmə! Bu qanunları sənə biz öyrətməliyik. Sənin evin həmin evdir ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) o evdən bayıra çıxmağı və müsəlmanların (siyasi) işlərinə müdaxilə etməyi sənə qadağan etmişdi. Sən isə özünə zülm edib, Peyğəmbərin evindən çıxdın, Allahı qəzəbləndirib Peyğəmbərə itaətsizlik etdin. Hər vaxt Mədinəyə qayıdıb öz evində otursan, onda mən heç vaxt icazəsiz sənin evinə gəlib fərşinin üstündə oturmaram."31
Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sünnəsinin müəllimi və böyük Quran təfsirçisi İbni Abbasın bu sözləri də göstərir ki, Peyğəmbərin zövcələri haqqında nazil olan ayələr onların siyasi işlərə qoşulmalarına icazə vermir. Əgər siyasi işlərə qoşulsalar, təcavüzkar hesab olunar və belə olan təqdirdə onların hətta adi bir müsəlman qadını qədər də dəyəri olmaz. (Məhz buna görə də İbni Abbas icazəsiz evə girmişdi-müt.)
Bu məktublar və söhbətlər "Təthir" ayəsinin məfhumunu daha da işıqlandırır, onun Peyğəmbərin zövcələri ilə heç bir əlaqəsi olmadığını sübut edir. Məşhur dini şəxsiyyətlərin söhbətlərində bu qəbildən olan dəlil-sübutların sayı-hesabı yoxdur. Lakin biz burada bundan artıq bəhs etmək istəmirik.
Dostları ilə paylaş: |