1. Yaradanı, Allah təbarək və təalanı tanımaq.
2. Onun göndərdiyi xəbərləri təbliğ edəni təsdiq edəmək, onlara inanmaq.
3. İbadəti əməli bilmək.
4. Fəziləti əldə edib pisliyi tərk etmək.
5. Axirətə iman gətirmək.
Bu halda din elm və əməldir.
إِنَّ الدِّينَ عِنْدَ اللَّهِ الْإِسْلَامُ
«Həqiqətən Allah dərgahında din islamdan ibarətdir».1
İslam və iman bir-birinə bərabərdir və üç rüknə əsaslanır: Tövhid, Nübuvvət, Məad.
Bir kimsə bunların birini inkar etsə müsəlman və mömin sayılmaz. Fəqət Allahın varlığına, birliyinə peyğəmbərlərin ulusu Həzrət Mühəmməd (s) peyğəmbər olduğuna, axirət gününə inanan, Allahını və Rəsulunu təsdiq edən həqiqi müsəlmandır. Qanı, malı, irzi müsəlmanlara haramdır. Bu üç rüknə inanan və dördüncü rükn olan əməli isə ifa edən şəxs isə mömindir. Əməl islamın əsasıdır və beşdir: namaz, oruc, zəkat, həcc və cihad.
Bu baxımından iman, qəlbdən inanmaq, dillə söyləmək və bu ərkan ilə əməl etməkdir. Qurani-Kərimdə harada iman zikr edilmişsə, Allaha, Rəsuluna və axirət gününə inanmaq zikr edilmişdir ki, bunlar islamın şərtləridir. Bunlarla bərabər «yaxşı və təmiz əməl» də zikr edilmişsə ikinci məna nəzərdə tutulmuşdur. Allah sübhanəhu və təala «Hucurat» surəsinin 14-cü ayəsində buyurur:
قَالَتِ الْأَعْرَابُ آمَنَّا ۖ قُلْ لَمْ تُؤْمِنُوا وَلَٰكِنْ قُولُوا أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ
Dostları ilə paylaş: |