«Bil ki, Allahdan başqa Tanrı yoxdu».1 Füruiddində isə ictihad və təqlid lazımdır.
Şəri hökmlərin mövzusu mükəlləflərin, (boynuna dini borc düşənlərin) əmalıdır. Bunları ictihad, yaxud təqlid yolu ilə bilmək lazım gəlir. Bilməyi və öyrənməyi tərk edən şəxs əzaba dücar olar.
Dini borclar bir necə növdür. Bəndə ilə Allah arasında Allaha yaxınlıq üçün, Allah rizası üçün oruc və namazdır ki, bədənlə yerinə yetirilir. Bəndə ilə bəndələr arasında: alış-veriş və nigah kimi, burada iki tərəf iştirak edir; boşamaq və ya qul və cariyə azad etmək. Bunda bir tərəf iştirak edir; yemək, içmək, geyinmək. Bu isə bəndənin yalnız özünə məxsusdur.
Bütün bu hökmlərdən bəhs edən fiqh elmi förd fəslə ayrılır:
İbadətlər
Müamilələr
Edilən şeylər
Hökmlər
İbadətlərin təməli altıdır. Bunların ikisi bədənlə (oruc və namaz), ikisi yalnız malla (zəkat və xüms), ikisi də həm mal, həm bədənlə (həcc və cihad) yerinə yetirilir.
وَجَاهِدُوا بِأَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ فِي سَبِيلِ اللَّهِ
Dostları ilə paylaş: |