«Onlar sizin, siz də onların libasısınız». Bu ayə ecaz və bəlağətə misilsiz ayələrdəndir və Quranda fərddir.
Bu bağın qırılması yalnız elümlə ola bilər. Hətta elimdən sonra da bu bağ davam edir. Bu yalnız ən əhəmiyyətli hallarda qırıla bilər. Hikmət sahibi bu səbəbləri də izah etmişdir: Ər arvadına nifrət edərsə, onu boşayar. Qadın da ərinə nifrət edərsə öz mehrini bağışlamaq, yaxud onun dəyərini az və ya yox dərəcədə ödəmək şərtilə ayrılar. Nifrət ikitərəfli olarsa, qadın ərinə bir şey bağıslamaq və ya mehrini vaz keçməklə boşana bilər. Lakin islam dini içtimai bir din olduğundan, əsası Tövhid və vəhdət üzərində qurulduqundan bu dində ən əhəmiyyətli şey birlikdir. Bu baxımdan boşanmanın pisliyi barəsində bir çox hədislər varid olmuşdur. Bəzi xəbərlərdə isə halal şeyin boşanması Allahın ən nifrət etdiyi şey kimi qiymətləndirilir. Cəfəriyyə məzhəbinə görə boşanma zamanı iki nəfər şahidin olması şərtdir. Bu «Təlaq» surəsinin 2-ci ayeyi-kəriməsinin
وَأَشْهِدُوا ذَوَيْ عَدْلٍ مِنْكُمْ
Dostları ilə paylaş: |