«Təlaq vermə iki dəfə mümkündür, bundan sonra yaxşı dolanmaq, ya da xoşluqla ayrılmaq gərəkdir».1 Və ya
فَإِنْ طَلَّقَهَا فَلَا تَحِلُّ لَهُ مِنْ بَعْدُ حَتَّىٰ تَنْكِحَ زَوْجًا غَيْرَ
«Əgər kişi övrətini yenə də (üçüncü dəfə) boşayarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz».2
HÜL VƏ MÜBARAT
Ər və arvad aralarındakı əlaqəni ancaq birinin o birinə nifrət etməsi ilə kəsər və bu nifrət, demək olar ki, çox zaman ayrılığın ən mühüm səbəbi olar. Ər arvadına nifrət edərsə, onu boşamaq, ərin haqqıdır. Fəqət arvad ərinə nifrət edirsə, o boşamaq üçün öz ərinə mehri qədərində, yaxud daha çox mal, ya da pul verərək boşanır. Bu cür boşanmaya «hül» deyilir.
«Bərəqə» surəsinin 229-cu ayəsində buyurulur:
الطَّلَاقُ مَرَّتَانِ ۖ فَإِمْسَاكٌ بِمَعْرُوفٍ أَوْ تَسْرِيحٌ بِإِحْسَانٍ ۗ وَلَا يَحِلُّ لَكُمْ أَنْ تَأْخُذُوا مِمَّا آتَيْتُمُوهُنَّ شَيْئًا إِلَّا أَنْ يَخَافَا أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ ۖ فَإِنْ خِفْتُمْ أَلَّا يُقِيمَا حُدُودَ اللَّهِ فَلَا جُنَاحَ عَلَيْهِمَا فِيمَا افْتَدَتْ بِهِ ۗ تِلْكَ حُدُودُ اللَّهِ فَلَا تَعْتَدُوهَا ۚ وَمَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ
«Boşanma iki dəfədir. Bu qanuni yolla mal-mülkdən tutub saxlamağı, ya da xeyirxahlıq göstərib mal-mülkdən əl çəkməyi tələb edir. Hər ikisi Allahın qoyduğu sədləri qoruya bilməməkdən qorxmalıdır. Bağışladığından nəyisə tutub saxlamaq sizə halallıq gətirməz. Əgər qorxsanız ki, kişi ilə qadın Allahın sədlərini qoruya bilməyəcək, o zaman qadının fidyə verməsi ilə heç biri günaha batmaz». Qadının əri ilə yaxınlaşmağa nifrət etməsi, onunla bir yatağa girmək istəməməsi, evində oturmağı belə arzulamaması kimi fövqəladə bir soyuqluq duyması belə boşanmanın şərtlərindəndir. Qadının bu cür soyuqluğu dil ilə ifadə etməsinə lüzum yoxdur.
Qadındakı bu şiddətli nifrətin nəticəsi olaraq əri onu verəcəyi şey əvəzində boşaya bilməz. Bu zaman «Filənkəsi verdiyi şey əvəzində boşadım və o məndən boşdur»,- deməsi kifayətdir. Yaxud qadın bir şəxsi bu işdə özünə vəkil edə bilər. Vəkil olan şəxs qadının verdiyi mal-mülkü onun ərinə təslim edərək, kişinin vəkalətini alır və təlaq siğəsini oxuyur.
Ər və arvadın bir-birinə qarşılıqlı nifrəti nəticəsində qadının ərinə bir miqdar mal, yaxud pul verməsi ilə boşanmasına mübarat deyilir. Bu zaman ər təlaq siğəsini zövcəsinin adı ilə «Zövсəm filankəsin mehri əvəzində boşadım», - şəklində oxuyur. Yaxud da hər iki tərəfin vəkil etdiyi bir şəxs bu vəzifəni yerinə yetirir. Beləliklə də ər və arvad bir-birindən ayrılır.
Hul və mübarat yolu ilə verilən təlaq təlaqi-baindir, yəni ər təkrarən öz zövcəsinə rücü edə bilməz. Amma qadın onu boşayan kişiyə verdiyi malın bir qismini bağışlayarsa, kişi qadının iddəsi müddətində ona rücu edə bilər.
Hər iki təlaqda, bütün boşanma şərtləri mövcuddur. Lakin ər mübarat təlaqında qadından mehrindən artıq bir şey ala bilməz, hulda isə ala bilər.
Təlaq siğəsini ərəbcə oxunması gərəkdir. Ər bunu oxuya bilməsə, bacara bilən birisini vəkil edər, qadın da həmin şəxsə vəkalət verər ki, təlaqı oxunsun.
Dostları ilə paylaş: |