ZİHAR, İLA VƏ LƏAN
Bu üç şey də arvadın öz ərinə haram olmasına səbəbdir. Bunların hər biri bütün təfərrüatı ilə fiqh kitablarında mövcud olduğundan və hər üçünə az təsadüf edildiyindən bu barədə ətraflı danışmağı lüzumsuz sayırıq.
FƏRƏİZ VƏ MƏVARİS
Bir şəxsin malının, yaxud haqqının onun ölümündən sonra bir başqasına keçməsinə irs, yəni miras deyilir. Bu, iki şəxsin arasındakı qohumluq əlaqələri, yaxud onların digər bağlılığından meydana gəlir.
Diri olan şəxsə «varis», yəni mirasçı, ölənə «müris», yəni miras qoyub gedən, qalmış mala isə miras deyilir.
Soy yaxınlığı birinin o birinin övladı olması ilə, yaxud ikisinin də bir atanın və ya bir ananın övladı olması ilə meydana gəlir. Səbəblə miras sahibi olmaq isə evlənmək yolu ilə baş verir.
Barışın payı Qurani-Məciddə təyin olunmuşsa, buna «fəraiz-fərz olan miraslar» deyilir. Digər yolla qalan miras «məvaris-yaxınlıq dolayısı ilə olan miraslar» adı verilir.
Qurani-Məciddə açıqca bildirilən fəraiz altı qisimdir:
Dostları ilə paylaş: |