İNSANIN SƏRXOŞ EDƏN BİR ŞEY QƏBUL ETMƏYİN HƏDDİ (cəzası)
Ağlı başında olan və yetkinlik yaşına çatmış bir şəxs pivə, şərab, araq kimi insanı sərxoş edən bir şeyi, istər o şey yeni olsun, istər təzə qəbul edərsə, onun açıq kürəyinə və çiyinlərinə səksən zopa vurulur. Bu günah üç dəfə təkrar olunarsa, sərxoş edən şeyi qəbul edənə üç dəfə cəza verilmişsə, dördüncü dəfə də o şəxs öldürülür.
İçkini, sərxoş edən şeyi halal sayıb qəbul edən şəxs dindən dönmüşdür, onun öldürülməsi vacibdir.
İçki satan şəxs isə tövbə etməzsə və o işdən vaz keçməzsə, öldürülməlidir.
OĞURLUQ
Ağlı başında olan və yetkinlik yaşına çatmış bir şəxs kilidli, qapısı bağlı bir yerdən (sandıq və s. kimi yerdən) dəyəri bir misqal qızılın dörddə birinə bərabər hər hansı bir şey oğurlasa və bu işi özü iki dəfə boynuna alsa və ya şahidlər təsdiq olunsa, sağ əlinin şəhadət, orta, adsız və çeçələ barmaqları oynaq yerlərindən kəsilir. Bu cəzadan sonra yenə oğurluq etdiyi sübut olunarsa, sol ayağı ayağının ortasından kəsilir. Üçüncü dəfə oğurluq eləsə, həbs edilir. Həbsdə də oğurluq etsə, öldürülür. Cəzadan əvvəllər də oğurluq etmişsə belə, yalnız oğurluğu isbat edildikdən sonra ona cəza verilir. Yetkinlik yaşına yetişməmiş uşaq, yaxud dəli oğurluq edərsə, hakim-şər onu təzir edir.
Oğrunun oğurladığı şeyləri sahibinə qaytarması, mal yox olmuşsa əvəzini ödəməsi vacibdir. Bunun üçün oğurunun özünün bir dəfə iqrarı, yaxud adil bir şəxsin şəhadəti kafidir.
Ata öz oğlunun malını oğurlasa, ona cəza verilməz. Ancaq oğul atasının malını oğurlasa, oğula cəza verilməlidir.
Dostları ilə paylaş: |