Ayətullah kaşİFÜL-Ğİta cəFƏRİ MƏZHƏBİ VƏ Əsaslari



Yüklə 202,7 Kb.
səhifə44/57
tarix10.01.2022
ölçüsü202,7 Kb.
#109269
növüQaydalar
1   ...   40   41   42   43   44   45   46   47   ...   57
MÜHARİB (SİLAH QALDIRAN)
Bir şəxs şəhərdə, çöldə, dənizdə silaha əl atıb, xalqın (camaatın) mallarını əllərindən almaqla hədələyərsə, islami hökumət o adamı öldürmək, acmaq, sağ əlini və sol ayağını kəsmək, sürgün etmək cəzaları ilə cəzalandırır. Qurani-Məciddə buyurulur:
إِنَّمَا جَزَاءُ الَّذِينَ يُحَارِبُونَ اللَّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الْأَرْضِ فَسَادًا أَنْ يُقَتَّلُوا أَوْ يُصَلَّبُوا أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُمْ مِنْ خِلَافٍ أَوْ يُنْفَوْا مِنَ الْأَرْضِ ۚ ذَٰلِكَ لَهُمْ خِزْيٌ فِي الدُّنْيَا ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ

«Allah Rəsulu ilə cənk edənlərin, yer üzündə pozğunçuluq yayanların cəzası belə olmalı: ya öldürülməli, ya asılmalı, ya da əlləri, ayaqları çarpaz kəsilməli, ya da onlar yurdundan qovumalıdır. Bu cəzalar onlar üçün dünyada bir rəzillik payıdır ki, alarlar. Onları axirətdə böyük bir əzab gözləyir».1

Hakimi-şərin o şəxsi yaşadığı yerdən sürgün etdiyi təqdirdə həmin şəhər əhalisinin o şəxslə tövbə edənə kimi dostluq etməsi, yeyib-içməsi, münasibətdə olması qadağandır.

Camaatın evinə hücum çəkən oğru da müharib hökmündədir. Əgər hücum çəkdiyi zaman öldürülərsə, qanı halaldır, yəni öldürməkdən qisas alınmaz. Bir qadına, bir uşağa onun namusuna təcavüz etmək qəsdi ilə hücum çəkən şəxsə o qadının, o uşağın qarşı durması haqqıdır. Bu zaman təcavüz etmək istəyən şəxs öldürülərsə, qanı hədərdir.

Əldən pul qapan, hiylə işlədən, yalandan şahidlik edən şəxsi də başqalarına ibrət olsun deyə, cəzalandırmaq hakimi-şərin huququdur.


BAŞQA CƏZALAR
Yetkinlik yaşına çatmış bir şəxs bir heyvana yaxınlıq edərsə, onu təzir etmək lazımdır. Bu işi bir neçə dəfə etsə, hər dəfəsi üçün təzir edilir. Əgər onun bu işdən əl çəkmədiyi məlum olarsa, cəzası öldürülməkdir.

O heyvan əti halal heyvandırsa, bu işdən sonra əti haram olur; o heyvanın törəyi də haramdır. Həmin heyvanı şəri tərzdə kəsmək, sonra ölüsünü yandırmaq, yox etmək gərəkdir. Bu işi işləyən şəxs heyvanın dəyərini onun sahibinə ödəməyə borcludur. Heyvanı hansı olduğuna şübhə varsa, püşklə təyin edilir.

Əgər həmin heyvan əti yeyilməyəndirsə (at, qatır və s.) onu başqa bir şəhərə satmaq, dəyərini isə Allah yolunda yoxsullara sədəqə vermək lazımdır. Bu işi işləyən şəxsin isə heyvanın dəyərini sahibinə ödəməsi gərəkdir.

Bu pis iş ya iki nəfər adil şahidlər isbat olur, ya da bu işi işləyən iki dəfə iqrar etməklə satibləşir.

Bir şəxs özünə halal olmayan ölmüş bir qadına yaxınlaşarsa, ona, haram olan bir qadına yanaşmanın cəzası verilir. Lakin bu cəza daha şiddətlə icra olunmalıdır. Livatədə də eyni cür cəza tətbiq olunur.

Bir şəxs zövcəsi, yaxud cariyəsi öldükdən sonra onunla yaxınlıq edərsə, onu təzir lazımdır. Bu işləri isbat üçün yenə dörd nəfər adil şəxsin şahidliyi gərəkdir.

Əli ilə, yaxud başqa tərzdə özündən məni gətirən kişi də təzir olunur.

Hər kəsin öz canını, malını, namusunu hər vasitə ilə qoruması, müdafiə etməsi onun hüququdur.

Birisi sahibinin izni olmadan bir evi pusarsa, bu iş də isbat olarsa, onu bu işdən nəhy etmək lazımdır. Pusquda dayanan tənbehi dinləməzsə və işini davam etdirərsə, ev sakinlərinin daşlar, torpaqla, yaxud başqa bir vasitə ilə ona mane olması gərəkdir. Bu cür müdafiə zamanı həmin adam ölərsə, qanı hədər sayılır.


Yüklə 202,7 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin