Ayətullah kaşİFÜL-Ğİta cəFƏRİ MƏZHƏBİ VƏ Əsaslari



Yüklə 202,7 Kb.
səhifə47/57
tarix10.01.2022
ölçüsü202,7 Kb.
#109269
növüQaydalar
1   ...   43   44   45   46   47   48   49   50   ...   57
«Biz Tövratda İsrail oğullarına yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır...»1

Yanlışıqla, yaxud yanlışlığa bənzər bir cinayətdə hər üzvün o üzvə görə diyəti vardır; bəzi üzvlərdə insanın tam diyəti, yəni min dinar və ya tutarı, bəzilərində diyətin yarısı, bəzilərində isə yarısından azı verilir.

Burun kimi kişilik nişanəsi olan tək üzvlərdə diyət tam ödənilir. Göz, qulaq, əl və ayaq kimi cüt olan üzvlərin birinin kəsilməsi və yaxud şikəst edilməsinin cəzası yarım diyətdir. Lakin bu üzvlərin ikisinin də kəsən və ya şikəst edən tam diyət ödəməlidir.

Qəsdən və ya qəsdə bənzər cinayətlərdə diyəti cani özü ödəyir. Xətaya bənzər cinayətdə diyət aqiləyə aiddir.

Qisas və diyətlər haqqında şiəyi-imamiyyənin inancları, hökmləri xülasə şəklində bu söylədiklərimizdən ibarətdir. Nisbətən geniş məlumatı bu mövzuya həsr olunmuş kitablardan almaq olar.

İndi, ey din alimləri, ey müsəlman qardaşlarımız, bu tayfanın zikr etdiyimiz xüsuslarda dini məhv edəcək bir şeyini gördünüzmü? Yaxud burada yəhudilikdən, xristianlıqdan, zərdüştilikdən alınma bir hökmə rast gəldinizmi?

Anlatdığımız bu bəhslərdə islamın əsas inanclarından ayrı, Kitab və sünnətə zidd bir hökm varmı? İnsafı olanlarınız bunu mühakimə etsin, cahilləriniz isə iftiralarından vaz keçsinlər.

Dilədiyimiz budur ki, Allah möminlərin arasını düzəldər, onların arasındakı ayrılığı, ziddiyyəti götürər, nifrəti yox edər və hamısı qardaş kimi birləşərlər. Müsəlmanlar Quranın hökmü altında bir vücud olub öz itib gedən qüdrətlərini yenidən canlandırarlar.

Həqiqətən də möminlərin arasındakı məzhəb ixtilafı götürülmədikcə, qövmiyyət qeyrəti yox olmadıqca bütün məzhəblər biri digərinə hörmətlə yanaşmadıqca bu lütfə yetirmək olmaz. Bizim fikrimizcə, ümmətlərin yaşayışı üçün bütün bunlardan üstün olanı hər bir fərdin öz inanc qardaşını çanla-başla sevməsi ilə, mənfəətdə bir olduğunu idrak etməsi ilə, onu mənfəətindən faydalanması ilə, onu da bu mənfəətə ortaq etməsi ilə, özünə rəva gördüyünü öz din qardaşlarına da rəva görməsi ilə mümkündür.

Bu hələlik bir xətal kimi görünsə də, mümkün olmayacaq bir şey də deyildir. Allahın buna, əlbəttə gücü yetər. Allahın rəhmətindən ümid kəsilməz və ulu Allah istəsə bu yasa batmış ümmətə öz dərgahından yeni bir ruh ehsan edər ki, onu ölümündən sonra dirildər; Onun bəsirətini və gözlərini açar, qəflət sərxoşluğundan ayıldar.



SON
Şiəliyi qınayanların əsaslandıqları iki şey vardır. Bunlardan biri «bəda»dır. Bunu anlamayanlar şiənin Allah təbarəkə və təalaya öncə məlum olmayan bir şeyin sonradan zahir olaraq məlum olması tərzində qəbul etmişlər ki, bu sırf cahillikdən meydana gəlmiş bir anlayışdır və nəinki imamiyyə, hətta heç bir islam məzhəbi belə bir inancı qəbul etməz. Çünki bu inanc Allah sübhanəhu və təalaya cahil isnadından başqa bir şey deyildir. Allah sübhanəhu və təalanın elmi əzəli və əbədidir. Onda «muxalifətun lil-həvadis» sifəti mövcuddur.

«Bəda» - Allah təbarəkə və təalanın məktum (gizli) elmində mövcud olan və zati-əcəllu əlası tərəfindən məhv və isbat lövhində olan bir işi yenə özünə məlum müəyyən və müqəddər olan zamanda izhar eyləməsindən başqa bir şey deyildir. Bəda ali-Muhəmmədin (s) sirlərindəndir. Allah sübhanəhu və təalanı heç kim haqqı ilə bilmədiyi kimi, bunu da və buna bənzər şeyləri də bilə bilməz.

Allah bir işi buyurdur; bu buyruğu müqəddərdir; ancaq bir müddət sonra o işin əvəzinə başqa bir işi buyurur. Məktum (gizli) olan elmində bu, müəyyən və müqəddərdir. Bunu anlamayanlar, - iş dəyişdi, yaxud, haşa, Allah buyruğunu dəyişdirdi, özünə başqa bir iş lazım oldu, - kimi bir zənnə düşərlər. Halbuki bu gizləmə və izhar onun «ümmül-xitab»ında, əzəli bilgisində sabitdir. Hecə ki, Qurani-Kərimin «Rəd» surəsinin 39-cu ayəsində buyurur:

يَمْحُو اللَّهُ مَا يَشَاءُ وَيُثْبِتُ ۖ وَعِنْدَهُ أُمُّ الْكِتَابِ


Yüklə 202,7 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin