«Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli Onun yanındadır».
Yaradılış aləmindəki bəda təşri aləmindəki nəsh kimidir. Allah təbarəkə və təala bir işi hökm edər, bunun hikməti öz dərkahındadır. Sonra bu əmri digər bir əmrilə nəsh edər. Bəda da buna bənzəyir. Sədəqə bəlanı dəf edər.
Allah Həzrət İbrahim əla nəbiyyina və alihi və əleyhissəlama İsmailin (ə) qurban edilməsini əmr buyurub, sonra qoç yollayır. Bəda olmasaydı sədəqənin duanın, şəfahətin göz yunub-açana qədər Allahın əmrinə muxalifətdə olduqları halda ənbiya və ovliyanın qorxmalarının, ağlamalarının səbəb və hikməti olmazdı. Onların qorxuları heç bir fərdin bilə bilmədiyi bu elmi-məhzun və məktumi-ilahidəndir. Bu xüsusda «Əd dini vəl islam» adlı kitabımızın ilk hissəsində məlumat vermişik.
Şiələri qınayanların əsaslandıqları ikinci şey isə «təqiyyə», yəni məzhəbin gizlənməsi keyfiyyətidir. Bu xüsusda da şiəni qınayanlar cahillikdən qınayırlar. Təqiyyənin mənasını, yerini gerçək lüzumunu iman ilə bilən bunun yalnız şiəyə aid olmayıb ağıl və şər baxımından da gərəkli olduğunu anlayar. Hər bir insan üçün ən əziz və sevgili şey olan həyatını qorumaq üçün çalışarkən təqiyyəyə əməl etməsi zəruridir. Şərəfi üçün, haqqı qorumaq üçün batili yox etmək üçün insanın təhlükəyə atılması da lazımdır. Fəqət belə bir zərurət meydana çıxarsa, aşağıdakı ayələrdə buyurulduğu kimi, nəfsini qorumaq üçün gerçəyi gizləməsi lazımdır:
لَا يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاءَ مِنْ دُونِ الْمُؤْمِنِينَ ۖ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ فَلَيْسَ مِنَ اللَّهِ فِي شَيْءٍ
Dostları ilə paylaş: |