Ayətullah kaşİFÜL-Ğİta cəFƏRİ MƏZHƏBİ VƏ Əsaslari


Allah Adəmi torpaqdan yaratdı



Yüklə 202,7 Kb.
səhifə53/57
tarix10.01.2022
ölçüsü202,7 Kb.
#109269
növüQaydalar
1   ...   49   50   51   52   53   54   55   56   57
Allah Adəmi torpaqdan yaratdı;

O torpağın oğlu, sənsə atasısan.
Xəyam bir rübaisində deyir:

Ey torpaq, könlünü bir yarsalar,

Könlündə necə dəyərli kövhərlər var.
Ariflərdən bir isə belə buyurur:

Hər zərrənin könlünü yarsan,

İçində bir günəş olduğunu görərsən.

Bəli, bu mübarək yer üzü qədrinin ucaldılması, ululanması, müqəddəsləşdirilməsi lazım gələn bir çox dəlillərə sahibdir. Rəsulallah (s) buyurmuşdur: «Yer üzünü məsh edin; o sizə xeyirdir, bərəkətdir». Başqa bir hədisində isə yer üzünün insanların anası olduğunu bildirmişdir. Bunların hamısı ağıl ərbablarına rəmzdir, işarələrdir.

Allah təbarəkə və təala torpaqdan yaratdığı, ondan bütün aləmi topladığı, aləmi-əkbərin bir yekunu, xülasəsi olan Adəmə (ə) mələklərin səcdə etməsini əmr etdi. Mələklər Allahın əmrinə itaət edib Adəmi mehrab edərək, Allaha, Allahın bədii sənətinə, kəmali-qüdrətinə, gerçək məbuda – Allaha səcdə etməyə başladılar. İblis bunu idrak etməyib özünün oddan yaradıldığını əsas götürərərk torpaqdan yaradılmış Adəmə (ə) səcdə etməkdən boyun qaçırtdı. Halbuki səcdə Adəmə deyil, Allaha idi. Həm də odla torpaq arasında fərq vardır. Torpaq toplayıçı, od isə dağıdıçıdır. Toplamaq – güc, qüvvət nişanəsi, dağıtmaq isə zəiflik əlamətidir. Yer üzünü mötədildir, od isə yandırıcı. Torpaq bitirib yetirmək qüvvəti vardır, odda yox edib öldürmək. Yer üzü hər bir canlını bəsləyir, yaşadır, od isə öldürür, həlak edir.

Allah təbarəkə və təala islam şəriətində bütün murdarlıqların su ilə təmizlənəcəyini bildirmiş, «Su tapmasanız təmiz torpaqla təymmüm edin; torpağı üzünüzə və əllərinizə sürtün», - deyə buyurmuşdur. Bununla da torpaq bəzi hallarda paklıq timsalı olan suyun əvəzi kimi qəbul olunmuşdur. Ona görə də yer üzü təmizdir vəs əxcdə yeridir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Yer üzü mənə məscid edildi; təmiz bilindi, yəni harda namaz vaxtı çatarsa, orada namaz qılmaq olar və su tapılmazsa, torpaqla təmizlənmək mümkündür. Çüni torpaq təmizdir və təmizləyiçidir».

Həqiqətən də, yer üzü təmizləyicidir; bir sıra murdar şeylər, mikroblar yer üzündə ölür. Bir tərəfdən də islam şəriətində ölünün torpağa basdırılması, başqa bir yerdə dəfn olunması, torpağa basdırarkən üzünün torpaq üstünə qoyulmas, hətta dənizdə ölən şəxsin belə quruya çıxarılıb dəfni mümkünsə, dəfn edilməsi əmr olunmuş, yandılıması mən edilmişdir. Çünki cəsəd yandığı zaman ondan çıxan buxar havanı fəsadlaşdırır və bu da səhhət üçün zərərlidir.
أَلَمْ نَجْعَلِ الْأَرْضَ كِفَاتًاأَحْيَاءً وَأَمْوَاتًا


Yüklə 202,7 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin