«Yaranmışların ən yaxşısıdır iman gətirən, saleh işlər görən kəslər».
İbn Ədiyy ibn Abbasdan rəvayətində bildirir ki, İbn Abbas buyuryr: «İnananlar və yaxşı işlər görənlər...» ayəsi endiyi zaman Rəsulullah Əliyə (ə): «Onlar... sənsən və sənin şiələrindir. Qiyamət günü Allah rizasını qazanmış və ondan razı olmuş olacaqsınız». - buyurdu.
İbn Mərduyə Əlidən (ə) rəvayət edir ki, Əli buyurmuşdur: Rəsulullah (s) mənə dedi: Allahın inananlar və yaxşı işlər görənlər haqqında biyurduğu: «Onlardır şübhə yox ki, yaradılmışların ən xeyirliləri» ayəsini eşitmisənmi? Onlar sənsən və sənin şiəndir. Mənimlə onların görüşəcəyi yer Kövsər hovuzunun yanıdır. Ümmətlər haqq-hesaba gəldikləri zaman onlar üzləri ağ olacaqlar».
Süyutinin zikr elədiyi hədislər burada bitdi.
Bu hədislərin bir qismini İbn Həcər də Darukutnidən rəvayət edərək «Səvaiq» kitabında göstərir. Ümmüsələmə raziyullahu-ənhə Həzrət Peyğəmbər (s): «Ya Əli sən və əshabın cənnətdəsiniz» sözlərini rəvayət etmişdir. İbn Əsir «Nihayə» kitabında Həzrət Peyğəmbərin (s) «Ya Əli sən və şiən Allaha onun razılığını qazanmış və ondan razı olmuş bir halda qovuşacaqsınız. Düşmənlərin isə qızğın və əlləri boynuna bağlı olaraq Allaha yetişəcək» buyruğunu, sonra da əllərinin necə bağlı olduğunu göstərmək üçün əllərini boynuna qoyduğunu nəql edir. Bu hədis İbn Həcər yuxarıda adını çəkdiyumiz əsərində başqaları isə digər mənbələrdən rəvayət edirlər. Bu da hədisin hədis ərbabı dərgahında şöhrətinə dəlalət edir. Zəməxşəri «Rəbiul-əbrar» kitabında Rəsulullahdan rəvayət edir. Rəsulullah buyurmuşdur ki, «Ya Əli qiyamət günü olarkən uca Allaha sığınacağam, sən mənim ətəyimdən yapışarsan. Mənimlə birlikdə Allaha təvəssül edərsən. Övladların səndən yapışarlar. Onların şiələri də onlarla birlikdə Allaha təvəssül edərlər».
Bu barədə əlavə məlumat almaq istəyən Əhməd ibn Həmbəlin «Müsnəd», Nəsəinin «Həsais» kimi hədis kitablarına müraciət edə bilərlər.
Göründüyü kimi, islam şəriətinin qurucusu Əlinin şiəsini anmış, dəfələrlə onlardan bəhs etmişdir. Onların qiyamət günü nicat tapanlardan, muradına yetənlərdən olacaqlarını, Allahın razılığını əldə edəcəklərini, Allahdan razı bir halda və əmin olacaqlarını buyurmuşdur. Şübhə yoxdur ki, Həzrət Peyğəmbərin (s) peyğəmbərliyinə inanan onun sözünü də təsdiq etməlidir. Çünki Quranın «Nəcm» surəsinin 4-cü ayəsində buyurulur:
إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ
Dostları ilə paylaş: |