Ayətullah kaşİFÜL-Ğİta cəFƏRİ MƏZHƏBİ VƏ Əsaslari


«Allah bəndələrinə zülm iradə etməz»1



Yüklə 202,7 Kb.
səhifə17/57
tarix10.01.2022
ölçüsü202,7 Kb.
#109269
növüQaydalar
1   ...   13   14   15   16   17   18   19   20   ...   57
«Allah bəndələrinə zülm iradə etməz»1;
وَمَا اللَّهُ يُرِيدُ ظُلْمًا لِلْعَالَمِينَ

«... aləmlərə zülmü iradə etməz».2

Pis şey etmək hikmətə zidd olduğu kimi, itaət edəni əzaba salmaq da zülmdür. Zülm isə pisdir deyərlər və ədl sifatını Allaha aid edərlər. Bu sifatı digər sifatlardan bilxassə ayırıb zikr edərlər. Beləcə əşairənin inancına müxalifətdə bulunarlar. Əşairə də Allah təbarəkə və təalanın adil olduğu inkar etməz, fəqət onların fikrincə ədalət Allahın işidir və onun hər etdiyi iş gözəldir. Buna görədir ki, onlar Mötəzilə və imamiyyənin əqlin hökmü, yaxşını və pisi, gözəli və çirkini anlayışı xüsusundakı rəylərini inkar edərlər. Əqlin bu yaxşı şeydir, bu da pis bir şeydir deyə hər hansı bir şeyə hökm etməsini qəbul etməzlər. Ədlə insanlar isə hüsnün və qübhün əqli olduğunu və əqlin hüsn və qübhə hökm edəcəyini qəbul edərlər. Lütfü və neməti verən Allaha şükrü vacib bilmədikləri kimi, möcüzənin də əqlən vacibliyinə inanırlar. Məsələnin ən çətinlərindən biri olan cəbr və ixtiyar məsələsi də buna əsaslanır. Əşairə cəbrə meylli ikən, mötəzilə insanın azad və muxtar olduğuna, diləyi ilə işlədiyinə, ancaq özünün varlığı Allah sübhanəhu və təaladan necədirsə, ixtiyar vəsfinin də ondan olduğuna inanır. Allah bəndəni yaratmış, ondakı ixtiyar vəsfini də xəlq etmişdir. Ancaq ixtiyar bütünlüklə Allahındır. Bədənin şəxsiyyətinə aid işlərdəki ixtiyar isə bədənin özünə aiddir və bəndədəndir. Allah bir bəndəyə bir işi zorla gördürmədiyi kimi, onu o işdən zorla da çəkindirməz. İstədiyini etməsinə ixtiyar vermişdir. Buna görə də ağıl baxımından bəndə şər işlərsə ona əzab verəcəyi, yaxşı bir işdə bulunarsa onu öyməsi, ona cavab verməsi doğrudur, yerindədir. Belə olmadığı təqdirdə savab və əzabın batil olması, peyğəmbərləri göndərmənin, kitabları endirmənin vəd və vaidin faydasız və əbəs görünməsi meydana çıxır. Bu məsələni «Əd-dini vəl-islam» adlı kitabımızın son cüzündə ətraflı anlatmışıq. Burada sözü uzatmayacağıq. Xülasə olaraq onu deyə bilərik ki, imamiyyənin inancından və üsulundan biri də Allah sübhanəhu təalanın adil və qulun hür və muxtar olmuşdur.


MƏAD
İmamiyyə digər müsəlman məzhəbləri kimi Allah sübhanəhu və təalanın insanları qiyamət günündə hesab və cəza üçün yenidən dirildəcəyinə inanır. Hər bir şəxs həmin gün öz bədəni və ruhu ilə diriləcək və hamı bir-birini görüb tanıyacaqdır. Bu təkrar dirilmə haqqında mübahisəyə luzum yoxdur.

İmamiyyə Quran və sünnətlə qəti olaraq sabit olan cənnətə, cəhənnəmə, bərzəxə, əzaba, mizana, Sirata, ərəfa və


هَٰذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً


Yüklə 202,7 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin