Ayətullah kaşİFÜL-Ğİta cəFƏRİ MƏZHƏBİ VƏ Əsaslari


To bəraye-vəsl gərdən əmədi



Yüklə 202,7 Kb.
səhifə2/57
tarix10.01.2022
ölçüsü202,7 Kb.
#109269
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   57
To bəraye-vəsl gərdən əmədi
Biz o buyruqa əməl edirik. Tovfiq Allahdandır.


15 Şəbanul-müzəəzəm 1386

Əbdülbaqi Kölpinarlı

TƏRCÜMƏÇİNİN ÖN SÖZÜ
«Cəfəri məzhəbi və əsasları» adlı kitab hicri 1337-ci (1918) ildə Qahirədə çap olunan onuncu nəşrindən türkcəyə çevirib oxuculara təqdim edirik. Bu nəşrdə Qahirədə «Rabitət əl-əbab əl-hədis» cəmiyyəti üzvlərindən Seyyid Mürtəza əl-Rədəvi əl-Kəşmirinin çox qısa bir təqdim yazısı var. Bu nəşr əsasən həmin şəxsin dəlaləti ilə meydana gəlmişdir. Ondan sonra kitabın müəllifi Məhəmməd Hüseyn Kaşif əl-Gitanın oğlu Əbdülhəlimin Seyyid Mürtəzaya kitabın nəşrinə icazə verməsini bildirən çox qısa bir qeydi gəlir. Bunu Hacı İbrahim Zeyni Asibinin kitabın doqquzuncu nəşrinə yazdığı yarım səhifəlik bir ön söz davam etdirir. Bu ön sözdə müəllifin və kitabın dəyəri açıqlanır və onun oğluna təşəkkürlər edilir. Biz bu qisimlərin tərcüməsini lazım bilmədik. Bundan sonra müəllifin tərcümeyi-halı və kitabları, vəfatı və bu kitabın dəyəri haqqında Nəcəfi imzasını daşıyan bir yazı var. Bunu əhəmiyyətli sayaraq türk dilinə cevirdik. Yeddinci nəşrin ön sözündə isə müəllif müsəlmanların cəhaləti üzündən bir-birlərinə düşmən kəsildiklərini buna görə də yadellilərin tələlərinə düşdüklərini, hətta məhzəbləri təhlil edən yazıların belə cəhalət üzündən düşmənçiliyi qızışdırdığını acı-acı etiraf edir. Müsəlmanların birləşmələri lüzumunu göstərməklə və bunun da ancaq elmlə, insafla ola biləcəyini anlatmaqla, müəllum, imamiyyə, yəni Cəfəriyyə məzhəbi haqqında, bu islam məzhəbinin düşmənlərinin yazdıqlarından deyil, özlərinin mötəbər kitablarından məlumat almağı məsləhət görür. Bu məqsədlə imamiyyə inancları ilə ibadət və müamilətinin bilinməsi üçün bu müxtəsər, fəqət mötəbər kitabı yazdığını söyləyir. Bundan sonra isə Almaniyadan və başqa Qərb ölkələrindəki müstəşriklərdən gələn təhqirli yazılar, Qahirədən Əhməd Zəkinin məktubu, müəllifin buna cavabı, Əmir əl-Bəyan Şəkib Aslanın məktubu və bir sıra bəzi məktublarla bunlara verilən cavablar yer tutur. Bunların bir qismi tərif, bir qismi isə suallar və suallara verilən cavablardır. Bu ikinci qisim əsasən risalədəki şərhlərlə izah olunduğundan biz bunları türkcəyə çevirmədik. Növbəti qisimdə kitabın ikinci nəşrinə müəllifin yazdığı və «Ali-İmran» surəsinin 103-cü ayeyi-kəriməsi ilə başlayan «Müsəlmanlar necə birləşə bilərlər» sərlövhəli ön sözü var. O, bu yazısında yeddinci nəşr üçün hazırladığı ön sözü bir az genişləndirmişdir. Burada müsəlmanlara ancaq onları xilas edəcək Tövhid bayrağı altında irq və məzhəb fərqi gözləmədən birləşmələri ilə əski qüvvət və şövkətlərini bərpa edəcəkləri bildirilir. Birləşmək üçün İslam əsaslarına riayət edən iki bölüyə, yəni əhli-sünnətlə şiələrə bir-birini düşmən görməməsini, məzhəblərini iftiralara istinad etmədən, əsil kitablara əsaslanaraq təhlil və tədqiq etməyi tövsiyə edir.

Kitabda bəzi qısa sual-cavablar vardır ki, onları da tərcümə etməyi lazım bilmədik. Kitab müəllifin də etiraf kimi çox müxtəsər, fəqət çox mötəbərdir. Bunu insaf və imanla oxuyanlar görəcəklər ki, şiəyi-imamiyyə, yəni Cəfəriyyə də əhli-sünnət kimi Allahın birliyinə, peyğəmbərlərin gerçəkliyinə Həzrət Mühəmmədin (s) peyğəmbərlərin ən üstünü və sonuncusu olduğuna, axirət gününə, bütün dini hökmlərə inanan, Allah əmrini əmr bilib ona tabe olan, nəhyini nəhy bilib çəkinən, xüsusən hər bir xüsusda Ali-Mühəmmədin (ə) xəbərlərini sənəd və hüccət qərar verərək onlara istinad etməyi vacib sayan bir islam məzhəbidir.

Ümidvarıq ki, kitabı oxuyanlar qeyri inancları mənimsəyən firqələrlə bu islam məzhəbini artıq eyni saymazlar, ittifaq və ittihada doğru sağlam bir addım atarlar. Allahın verəcəyi qabiliyyətlə bu iş əmələ gələrsə, özümüzü bəxtiyar sayarıq.
وَنَزَعْنَا مَا فِي صُدُورِهِمْ مِنْ غِلٍّ تَجْرِي مِنْ تَحْتِهِمُ الْأَنْهَار


Yüklə 202,7 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin