«Allahın hökmnə görə sədəqələr yalnız fəqirlərə, yazıqlara, sədəqələri toplayıb qeydə alan məmurlara, kölələrə, borclulara, Allah yolunda və yolçulara sərf edilər».
FİTR ZƏKATI (FİTRƏ)
Fitr zəkatı, yəni fitrə Ramazan ayının son gününün axşamı, bayram gecəsi günəş batana qədər, onu ödəməyə günü çatan hər bir müsəlman üçün vacibdir. Bu hətta o gün, o gecə doğulan uşaqa da aiddir. Fitrəni özü verə bilməyən şəxs kimin himayəsində yaşayırsa, onun fitrəsini həmin şəxs verməlidir.
Zəkat mal sədəqəsidirsə, fitrədə canın sədəqəsidir. Oruc fitrəni verəndən sonra qəbul olur. Fitrənin miqdarı hər adambaşına buğda, arpa, xurma kimi əşyaların hər hansı birindən təqribən üç kiloqram qədərindədir. Bunun əvəzi həmin əşyanın dəyərində pulla da ödənilə bilər.
XUMS
Xums bizim fikrimizcə, yeddi şeydən verilir: müharibə qənimətləri, dənizdən çıxan şeylər, dəfinə, mədən, qazancla əldə edilən iş, harama qarışmış olan mal, müsəlmanlardan zimmiyə, yəni müsəlman dövlətinə tabe olan, cizyə deyilən vergini verən Kitab əhlinin ixtiyarına keçmiş ərazi.
Xüms aşağıdakı ayeyi-kəriməyə əsaslanır:
وَاعْلَمُوا أَنَّمَا غَنِمْتُمْ مِنْ شَيْءٍ فَأَنَّ لِلَّهِ خُمُسَهُ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ إِنْ كُنْتُمْ آمَنْتُمْ بِاللَّهِ وَمَا أَنْزَلْنَا عَلَىٰ عَبْدِنَا يَوْمَ الْفُرْقَانِ يَوْمَ الْتَقَى الْجَمْعَانِ
«Əgər Allaha və haqla batilin aşkara çıxdığı o iki dəstənin üz-üzə gəldiyi gün bəndəmiz Mühəmmədə nazil olan ayələrə iman gətirdiyimizsə, bilin, ələ keçirdiyiniz qənimətlərin beşdə biri Allaha, Onun Rəsuluna, Rəsulunun qohumlarına, yetimlərə, yoxsullara, yolçulara aid olar».1
Xüms ali-Mühəmmədin haqqıdır. Allah sübhanəhu və təala mal və bədən sədəqəsi olan zəkat və fitrənin onlara haram buyurmuşdur.
Xüms altı yerə ayrılır. Bunlardan üçü Allaha, Rəsuluna və Rəsulunun qohumlarına aiddir. Bunlar İmam sağdırsa ona, sağ deyilsə onun naibi olan ədalət sahibi müctəhidə verilir və şəriətin, islam dininin qorunması üçün əhəmiyyətli sayılan dini işlərə sərf olunur, yoxsullara verilir. Digər hissə isə Bəni-Haşimdən olub fitrə və zəkat almaq haram edilmiş şəxdlərə paylanılır. Bu hökm Rəsulullah (s) dövründən bu günə qədər qüvvədədir. İmam Şafei (r) «Əl-Ümm» kitabının 69-cu səhifəsində yazır: «Ali-Mühəmmədə sədəqə əvəzinə xüms verilir. Az da olsa, çox da olsa onlara sədəqə verilməz. Onların bunu almaları isə haramdır».
Xümsun aradan götürdüyünü dair heç bir sənəd yoxdur. Lakin şairi imamiyyənin xilafına olaraq yazdığı kitabda belə bir söz söyləmişdir.
İrili-xırdalı fiqh kitablarında zəkatı kimi xümsə də yer verilmişdir. Hicrətin 224-cü ilində vəfat edən Əbu Übeydül Qasım ibn Səlam «Kitabul-əmval» adlı əsərində xüms haqqında ətraflı bəhs açmışdır. Burada xümsün kimlərə verilə biləcəyi və s. imamiyyədə uyğun şəkildə şərh olunmuşdur. Daha ətraflı məlumat üçün həmin kitabın 309-cu səhifəsində 349-cu səhifəyə qədər olan hissəsinə baxa bilərsiniz. Zəkat və xüms yalnız mal ilə olan ibadətlərdəndir. Həm bədən, həm də mal ilə olan ibadətlərə isə həcc və cihad aiddir.
HƏCC
Şiəliyə görə, islamın ən böyük əsaslarından və ən mühüm dirəklərindən biri də həccdir. Bu vacibin tərk olunması Allah təbarəkə və təalanın hökmü ilə küfr həddinə qədərdir.1
Həcc mal və bədənlə yerinə yetirilən cihaddır, hətta mənəvi cihaddır. Cihad isə mənəvi həccdir. Yaxşı diqqət edilsə onların arasında bir birlik olduğunu anlaşılar.
Əqli başında olan, yetkinlik yaşına çatmış, yol üçün azuqə və mindiyi olan, sağlam bədənli bir şəxsin ömründə bir dəfə həccə getməsi vacibdir. Həcc haqqında «Bəqərə» surəsinin 196-cı və «Ali-İmran»ın 97-ci ayələrində Allahın hökmləri, buruqları sabitdir.
Əhli-sünnət alimlərinin həcc haqqındakı hökmləri çox az fərqlərlə imamiyyədə olduğu kimidir.
CİHAD
Cihad islam binasının təməlidir. İslam onun sayəsində yayılmış və ucalmışdır. Cihad olmasaydı İslam aləmlərə rəhmət, xalqlara bərəkət halına gəlməzdi.
Cihad düşmənə qarşı, yer üzündəki zülm və fəsada qarşı, haqq üçün, gercək üçün canla, başla, mallar vuruşmaqdır.
Bizdə cihad iki qismdir: cihadi-əkbər, cihadi-əsğər.
Cihadı-əkbər insanın öz daxilindəki düşmənlə apardığı vurmuşdur ki, bunun adı nəfsdir, təkəbbürdür. İnsan ömrü boyu öz daxilindəki cəhalət, qorxaqlıq, zülmə düşmək, təkəbbür, həsəd, xəsislik, dikbaşlıq kimi yaramaz cəhətlərlə cihad etməlidir. «Düşmənlərin ən qorxulusu nəfsdir» buyurmuşdur.
Cihadi-əsğər isə haqqın, ədalətin, düzgünlüyün, fəziləti yolunda dinin düşmənləri ilə vuruşmaqdır. Nəfəs qarşı durmaq, onun pis cəhətlərini tərk etmək, adət edilmiş birliklərdən vaz keçmək daha ağır edilmiş pisliklərdən vaz keçmək daha ağır olduğundan Həzrət Peyğəmbər (s) bəzi hədislərində bu cihada cihadi-əkbər adı vermişdir. Özü və əshabın rizvanullahi əleyhim əcməin ömürləri boyu bu iki cihadla qarşılaşmış və nəticədə islam ən uca və üstün məqama gəlib çatmışdır.
Dostları ilə paylaş: |