«... Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər...»;1
وَجَاهِدُوا فِي اللَّهِ حَقَّ جِهَادِهِ ۚ هُوَ اجْتَبَاكُمْ وَمَا جَعَلَ عَلَيْكُمْ فِي الدِّينِ مِنْ حَرَجٍ
«(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı».2
Ölkələri, bölgələri dolduran zinanın pisliyi barəsində danışmağa ehtiyac yoxdur. Müsəlmanlar islam hökmlərinə sarılsalar
فَتَحْنَا عَلَيْهِمْ أَبْوَابَ كُلِّ شَيْ
«Əlbəttə onlara göy üzünün və yerin bərəkətlərini açardıq».3
Mütə zinanı aradan qaldırır, bicliyin qarşısını alır, nəsli çoxaldır. İnsanlar körpələrini küçələrə atmaqdan, içkiyə və sairəyə qurşanmaqdan qorunur. Doğrudan da İbn Abbasın bir sıra kitablarında nəql olunan bu sözü çox yerindədir. «Mütə Allahın Mühəmməd (s) ümmətinə bir rəhmətdir. O nəhy edilməsəydi, yalnız çox pis adamlar, ölümünü göz önünə gətirənlər zina edərdi». İbn Abbas bu sözü ustadının, yəni Həzrət Əlinin (ə) tərtəmiz qaynağından almış və söyləmişdir.
Bunu da qeyd etmək lazımdır ki, mütənın iddəsi ən azı qırx beş gündür. Birisi ilə mütə edib, həmin müddəti gözləməyən qadının mütəsı zinadan ibarətdir. Seyyidül-bəşər (s) buyurmuşdur: «Uşaq yatağa aiddir, zina edənə isə daş».
TƏLAQ
Evlənmək – bir kişi ilə bir qadının öz həyatlarını bir-birinə bağlamaları və hər ikisinin bədəndən iki göz və iki əlin birləşməsi kimi birləşmələridir. Allah sübhanəhu və təal «Bəqərə» surəsinin 187-ci ayəsində bu barədə belə buyurur:
هُنَّ لِبَاسٌ لَكُمْ وَأَنْتُمْ لِبَاسٌ لَهُنَّ
Dostları ilə paylaş: |