Ayətullah kaşİFÜL-Ğİta cəFƏRİ MƏZHƏBİ VƏ Əsaslari


«Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən kəs Allahdan heç bir şey gözləməsin»



Yüklə 202,7 Kb.
səhifə49/57
tarix10.01.2022
ölçüsü202,7 Kb.
#109269
növüQaydalar
1   ...   45   46   47   48   49   50   51   52   ...   57
«Möminlər möminləri buraxıb kafirləri dost tutmasınlar! Bunu edən kəs Allahdan heç bir şey gözləməsin». 1
مَنْ كَفَرَ بِاللَّهِ مِنْ بَعْدِ إِيمَانِهِ إِلَّا مَنْ أُكْرِهَ وَقَلْبُهُ مُطْمَئِنٌّ بِالْإِيمَانِ وَلَٰكِنْ مَنْ شَرَحَ بِالْكُفْرِ صَدْرًا فَعَلَيْهِمْ غَضَبٌ مِنَ اللَّهِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ

«Qəlbi imanla sabit olduğu halda məcbur edilən şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə. Lakin qəlbən küfrə razı olanlara Allahın qəzəbi tutar və onlar şiddətli bir əzaba düçar olarlar!»2

Necə ki, Əmmar raziyullahu ənhin müşriklərin ona verdikləri əzabın qarşısında canını qorumaq üçün onlarla həmfikir olması, ata-anasının isə (raziyullahu ənhuma) bu təklifə razı olmayıb şəhid olmaları məşhurdur. Təqiyyə ilə əməl etmək nəfsin qorunması üçün lazımdır. Belə olduğu halda təqiyyə nəfsin mühafizəsi üçün şərtdir. Bundan əlavə bir də rüxsət mövqeyi vardır ki, bu da şəxsin nəfsi mühafizəyə, haqqı qüvvətləndirməyə yarayacağı zamandır. Fəqət üçüncü yolda, yəni batili himayə etmək, xalqı saрıqlığa sövq eləmək, cövr və zülmü davam etdirmək kimi hallarda təqiyyə heç bir zaman caiz deyildir.

Müseyləmətül-Kəzzab iki müsəlmanı həbs etmişdir. Onlara dedi ki, siz mənim Allahın rəsulu olduğuma şəhadət verin. Onlardan biri: «Şəhadət verirəm ki, - dedi, - Mühəmməd rəsulullahdır, sən də Müseyləmətül-Kəzzabsan». Museyləmə onu öldürtdü. O biri şəxs Müseyləmənin dediyinə əməl etdi. Həzrət Peyğəmbər (s) bunu eşidərkən buyurdu ki, birinci şəxs Cənnətə tez getmək istəmişdir. İkincisi isə rüsxətdən yapışmışdır. İkisinin də mükafatı (əcri) var.

Şiəlik Əməvilərin dövründə hər cür təqiblərə məruz qaldı. Abbasilər də onların yolunu tutdu. Onlar Əli övladlarını və şiəsini aradan götürmək üçün bütün zülmlərə əl atdılar. Bu dövrlərdə Hücr ibn Ədiyyil-Kindi, Əmr ibn Hamikil-Hüzzai, Meysəmi Təmmar, Rüşeydül-Həcəri, Abdullah ibn Yəktur və başqaları iman və islamın mühafizəsi, haqqında batildən ayırd edilməsi üçün özlərini qurban verməkdən çəkinmədilər. İmam Hüseyn (ə) və Əshabı (raziyullahi əleyhim) isə bu şəhidlərin seyyidləridir.

Allah sübhənəhu və təaladan bizi haqq və hidayət yolunda birləşdirməsini, sonumuzun xeyirlə tamamlanmasını diləyirik.

Vəssalamu əleykum və rəhmətullah və bərəkatuhu.



Yüklə 202,7 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin