Sahib olduqlarını dəyərli bilmək
369. İmam Əli (ə): Taleyindən razı olan (ona əta olunanla kifayətlənən) şəxsin həyatı nəşəli olar.2
370. İmam Əli (ə): Ən səfalı həyat, Allahın qismət etdiyinə razı olub, sevinən şəxsə nəsib olar.3
371. İmam Əli (ə): (Oğlu Məhəmməd Hənəfiyyəyə nəsihətində) (Qənaətdən zəngin xəzinə yoxdur və) verilmiş ruziyə razı olmaq kimi heç bir sərvət yoxsulluğun qarşısını almır. Ona çatmış şeylə kifayətlənən kəs rahatlığa qovuşub və dinclikdə oturaq salıb.4
20\2
Qeyrət
372. Allahın rəsulu (s): Qeyrətli ol, çünki Tanrı qeyrətli insanı sevir.5
373. Allahın rəsulu (s): Qadınının (iffətsizlik məqsədi ilə) bəzənərək evdən çölə çıxmasına göz yuman ər, dəyyus (qeyrəsiz) insandır. Onu belə adlandıran şəxs, günah işlətməmişdir. Qadın (iffətsizlik niyyəti ilə) bəzənib, ətir vurub evdən çölə getsə və əri onun bu əməlinə (əxlaqsızlığına) razı olsa, atdığı hər addım üçün ərinə cəhənnəmdə bir (əzab) evi inşa olunar.1
374. "Mən la yəhzərühül-fəqih": Behiştin ətirli iyi beş yüz illik məsafədən duyulur, amma naxələf övlad və dəyyus insan bu ətiri duya bilməyəcəklər.
Soruşdular: Dəyyus kimdir, ey Allahın elçisi?
Buyurdu:"Qadınının zina etdiyini bilən və buna razı olan şəxs."2
377. İmam Əli (ə): Qeyrətli kişi heç vaxt zina etməz!3
378. İmam Baqir (ə): Allah-təala üç şəxsin namazını qəbul etməz. Onların biri də, dəyyus kişidir. Yəni; qadını zina edən (və buna laqeyd qalan) ər.4
379. İmam Sadiq (ə): ...Allah-təala qeyrəti yalnız kişilər üçün yaranıb. Çünki kişilər üçün dörd qadınla evlənmək və kənizləri halal buyurulub, amma qadına yalnız əri halaldır. Ərindən əlavə başqa bir kişiyə tamah salan qadın, Allah-təala yanında zinakardır.5
Dostları ilə paylaş: |