Üçüncü fəsil Dini tərbiyə
1\3
Dinin həyatımızdakı rolu
380. İmam Əli (ə): (Peyğəmbərin (s) merac hədisini söylədiyi zaman) "... Ey Əhməd! Bilirsənmi, hansı həyat daha asudə və rahatdır? Hansı ömür daha davamlıdır?"
Buyurdu (s): " Ey mənim Allahım, bilmirəm."
"Ən asudə və rahat həyatın sahibi, məni yad etməkdən yorulmayan, mənim haqqıma nadan olmayan və gecə-gündüz mənim razılığımı qazanmaq istəyən ... şəxs."1
381. İmam Əli (ə): Alimlər və müdrik insanlar bir-birilərinə məktub yazdıqda üç nöqtəyə riayət edirdilər ki, dördüncüsünə malik deyildi: Kim daha çox axirət haqqında düşünsə, Allah-təala onun dünya qayğılarını həll edər. Kim batinini islah etsə, Allah-təala onun zahirini islah edər. Allah-təala onunla camaatın münasibətlərini tənzimləyər.2
382. İmam Əli (ə): Hər kimə dindarlıq ruzisi nəsib olsa, dünya və axirət ruzisini əldə edibdir.3
383. İmam Əli (ə): Mən kimdə bir bəyənilmiş xislət tapsam, onun bəzi əməllərinə, bu xasiyyətinə görə dözərəm. Özümü onda çatışmayan başqa yaxşı xasiyyətlərə qarşı görməməzliyə vuraram. Amma ağılsızlıq və dinsizliyinə qarşı biganə qala bilmərəm. Çünki dindən ayrılmaq, amin-amanlıqdan, asayişdən ayrılmaq deməkdir. Qorxu içində yaşamaq, xoşagəlməzdir. Ağılsızlıq isə sanki ğlməkdir. Kimsə ğlülərlə oturub-durmaz.2
384. İmam Əli (ə): (Əsl) həyat dindarlıqdadır, ölüm isə yəqini (həqiqəti) əldən buraxmaqla birgədir.3
385. İmam Sadiq (ə): Dindar insan fikirləşər və aldığı nəticə onu sakitliyə və asayişə qərq edər. (Allahı böyük,) özünü kiçik sayar və təvazökarlığa sövq olar. Qənaətcil olar, bununla da, kimə və nəyəsə ehtiyac hiss etməz. Ona əta olunan nemətə sevinər. Tənhalığa üz gətirər və dostlarına ehtiyac duymaz.4 İstək və xahişlərinindən qurtular, azad (insan) olar. Dünyanı bir kənara qoyar. Pisliklərdən amanda qalar. Həsəd və paxıllıqdan uzaq olar. Dostluğu aşkar olar. İnsanları qorxutmaz. Onlara lovğalanmaz. Beləliklə camaatın danlağından da qurtular. Heç bir şeyə ürək bağlamaz, doğru yola və kamilliyə çatar. Əmin-amanlığa çıxar. Əməllərinin nəticəsi onu peşman etməz. 1
386. İmam Əli (ə): Dinin meyvəsi (səmərəsi), əmanətdarlıqdır.2
387. İmam Əli (ə): Dini həyatının sipəri, pərhizkarlığı (təqvanı) isə ölümünün bəzəyi et.3
2\3
Dostları ilə paylaş: |