390. İmam Əli (ə): Allahın bu kəlamı barəsində: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun.", yəni; onlara elm və ədəb öyrədin.3
391. İmam Əli (ə): Allahın bu kəlamı barəsində: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun.", yəni; özünüzə və ailənizə yaxşı əməlləri öyrədin.4
392. "Münyətil-mürid":Allah-təala buyurur: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun.", Əli (ə) və bir qrup şərhçi deyir: Yəni; Onlara qddan (cəhənnəm əzabından) qurtaran əməlləri öyrədin.1
393. "Səhihi-Buxari":"Bu ayə nazil olduğu zaman; "Ən yaxın qohumlarını qorxut!"2 Allahın elçisi (s) Qüreyşı yanına çağırdı. Onlar bir yerə toplandı. Peyğəmbər (s) əvvəlcə ümumi şəkildə, sonra isə bəzilərinə birbaşa olaraq müraciət etdi. Buyurdu: "Ey Kəəb ibn Luəyy övladları! Özünüzü oddan qoruyun. Ey Mərrə ibn Kəəb övladları! Özünüzü oddan qoruyun. Ey Əbdüş-şəms övladları! Özünüzü oddan qoruyun. Ey Əbdül-manaf övladları! Özünüzü oddan qoruyun. Ey Əbdül-mütəllib övladları! Özünüzü oddan qoruyun. Ey Fatimə! Özünü oddan qoru. Çünki mən (əgər ləyaqətiniz olmasa) Allah-təalanın yanında sizə bir yardım edə bilməyəcəm. Yalnız (sizə mənim köməyim bu ola bilər ki,) mənim qohumlarımsınız və mən qohumluq vəzifəmi bu dünyada sizə qarşı yerinə yetirə bilərəm.3