394. "Əl-Kafi": Əbu Bəsir, İmam Sadiqin (ə) Allahın bu kəlamı barəsində: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun.", soruşulduqda, belə buyurduğunu rəvayət edir: "Onlari yaxşı işlərə sövq edib, pis işlərdən uzaqlaşdırmaqla (cəhənnəm odundan qoruyun)."4
395. "Mən la yəhzərühül-fəqih": İmam Sadiqdən (ə) Allahın bu kəlamı barəsində: "Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı oddan qoruyun." soruşuldu: Onlari necə oddan qoruyaq?
Buyurdu: "Onlari yaxşı işlərə sövq edib, pis işlərdən uzaqlaşdırmaqla (cəhənnəm odundan qoruyun)."
- Onları yaxşı işlərə sövq edib, pis işlərdən uzaqlaşdırırıq, amma bizi dinləmək istəmirlər.
- "Siz onlari yaxşı işlərə sövq edib, pis işlərdən uzaqlaşdırmaqla öz vəzifənizi yerinə yetirmiş olursunuz."1
Dostları ilə paylaş: |