Qurani-kərim: "Ey iman gətirənlər! Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin. Çünki Allah səbir edənlərlədir (onların dostudur)."1
Hədislər:
405. "Məkarimül-əxlaq": Peyğəmbərin (s) ailəsi kasıblığa və aclığa düçar olduğu zaman, onlara belə buyurardı: "Ey mənim ailəm! Namaz qılın! Namaz qılın!2
406. "Əl-Möcəmül-əvsət": Abdullah ibn Salam rəvayət edir: Peyğəmbərin (s) ( adəti belə idi ki,) ailəsi çətinliyə düşəndə, onlara namaz qılmağı əmr edirdi. Sonra bu ayəni oxuyurdu: "Əhlinə (əhli-beytə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et3"4
407. İmam Sadiq (ə): Hər zaman Əli (ə), nədənsə qorxsaydı, namaza pənah aparardı. Sona bu ayəni oxuyardı: "Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin."5
408. İmam Sadiq (ə): Nə üçün dünya qəmlərindən biri sizə üz gətirdikdə dəstəmaz almırsınız? Sonra məscidə gedib, iki rükət namaz qılmırsınız? Bu iki rükət namazla İlahi dərgahına dua etmirsiniz? Eşitməmisiniz ki, Allah-təala buyurur: "Səbir və dua ilə (namazla Allahdan) kömək diləyin."1