409. İmam Sadiq (ə): Atam hər zaman qəm-qüssəyə düçar olduqda, qadın və uşaqları bir yerə toplayır və dua edirdi. Onlar da, "amin" –deyirdilər.2
410. İmam Sadiq (ə): Evində məscid düzəlt (namaz qılmaq üçün bir yer ayır). Bir şeydən qorxduğun zaman, iki ən qalın paltarını geyin və namaz qıl. Dizlərin üstə çöküb, Tanrının dərgahına ahu-zar et. Ondan behişt dilə və qorxduğun hər bir şeydən Allaha pənah apar. Ehtiyatlı ol ki, dilinə xoşagəlməz bir kəlmə gətirməyəsən, hətta bu kəlmə özünün və tayfanın xoşuna gəlsə də belə.3 6\3