411. Allahın rəsulu (s): Övladlarınızı üç xüsusiyyətlə tərbiyə edin: Peyğəmbərinizi sevsin, Peyğəmbərin Əhli-beytini sevsin və Quran oxusun.4
412. İmam Əli (ə): Kömeyl ibn Ziyada müraciətlə: Ey Komeyl! Ey Kumeyl! Ailəni gündüz gözəl xasiyyətlər əldə etməyin arxasınca getməyə, gecə isə yuxuda olan kəsin hacət və istəyinin dalınca getməyə vadar et.1
413. İmam Əli (ə): Övladlarınızı elm öyrənməyə vadar edin.2
414. İmam Əli (ə): Ədəb ən gözəl mirasdır.3
415. İmam Sadiq (ə):Mömin bəndə, ailəsi üçün elm və gözəl tərbiyəni miras qoyar. Belə ki, onların hamısının behiştə getməsinə bais olar. Ailəsinin kiçiyi, böyüyü, xidmətçisi və qonşusunu da, (verdiyi dəyərli tərbiyə nəticəsində) behiştdə tapar. Amma günahkar bəndə, ailəsi üçün pis tərbiyə miras qoyar. Bununla da, onları cəhənnəmə sürükləyər. Ailəsinin kiçiyi, böyüyü, xidmətçisi və qonşusunu da, (verdiyi pis tərbiyə nəticəsində) cəhənnəmdə tapar.4
416. Allahın rəsulu (s): Heç bir ata öz övladına gözəl əxlaqdan, tərbiyədən daha da dəyərli hədiyyə bağışlamamışdır.5
417. Allahın rəsulu (s): Kişinin övladının tərbiyəsi ilə məşğul olması, bir birsək (qızıl-gümüş) sədəqə verməsindən daha üstündür.1
418. Allahın rəsulu (s): Öz övladlarınıza hörmət edin, onları yaxşı tərbiyə edin ki, (günahlarınız) bağışlansın.2