421. "Səhihi-Buxari": Abdullah ibn Ömər rəvayət edir: Peyğəmbər (s) mənə dedi: "Elə bilirsən sənin gecələr ibadətlə məşğul olmağın və gündüzlər oruc tutmağından xəbərim yoxdur?"
Dedim: Bəli, elə bilirdim.
Buyurdu: " Əgər beləcə davam etsən, gözlərin çuxura düşəcək, bədənin zəyifləyəcək və (xəstəliklərdən) əziyyət çəkəcəksən. Bir halda ki, həm ailən və həm bədəninin sənin boynunda haqqı var. Bəzi gecələr oyaq qal, bəzi gecələr isə yat."3
422. İmam Əli (ə): Hər kişi öz himasində olan şəxslər və ailəsi haqqında sorğu-sual olunacaq.4
423. "Əl-Kafi": Asim ibn Ziyad yumuşaq və zərif geyimləri bir kənara qoymuş və kobud, yun libaslar geyinirdi. Qardaşı Rəbii ibn Ziyad, Əmirəl-mömininə (ə) ondan şikayət etdi. Onun bu hərəkətinin ailəsini və övladlarını narahat etdiyini söylədi. Əmirəl-möminin (ə) buyurdu: "Asim ibn Ziyadı mənim yanıma gətirin." Onu İmamın (ə) yanına gətirdilər. İmam (ə) onu gördükdə üzündə acıqlı bir ifadə yarandı və ona buyurdu: "Həyat yoldaşından utanmırsanmı? Övladlarına rəhm etmirsənmi? Elə bilirsən ki, Allah-təala nemətlərini sənə halal buyurmuş, amma sənin onlardan istifadə etməyini istəmir? Sən bundan daha kiçiksən. Məgər Allah-təala buyurmur ki: "Yeri də (bütün) məxluqat üçün O döşədi. Orada növbənöv meyvələr və tumurcuqlu (salxımlı) xurma ağacları..."1 Məgər Allah-təala buyurmur ki: "(Suları şirin və acı olan) iki dənizi O qovuşdurdu (bir-birinə qovuşmaq üçün açıb buraxdı). Amma onların arasında maneə vardır, bir-birinə qatışmazlar (özləri üçün müəyyən edilmiş həddi aşmazlar). Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz? Onlardan (o iki dənizdən) inci və mərcan çıxar. Elə isə Rəbbinizin hansı nemətlərini yalan hesab edirsiniz?!"2 Məgər Allah-təala buyurmur ki: "Və (həmişə) Rəbbinin sənə olan nemətindən söhbət aç!"3
Asim cavab verdi: Ey Əmirəl-möminin! Əgər belədirsə, nə üçün siz özünüz (rahat geyimlər və dadlı, asan həzm olunan yeməklər əvəzinə) möhkəm yeməklər və kobud geyimlərdən istifadə edirsiniz?
Buyurdu: "Vay sənin halına! Allah-təala ədalətli rəhbərlərə, (rəhbərlik etdiyi cəmiyyətdə mövcud olan) ən kasıb insanlarla bərabər olmağı vacib edib. Bununla da, kasıblar öz yoxsul olduqları üçün (Tanrı dərgahına) şikayət, ahu-zar etməsinlər."
Bu sözləri eşidən Asim, yun paltarlarını çıxarıb, zərif geyimlərdən istifadə etməyə başladı. 1
2\4
Dostları ilə paylaş: |