Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov


Ərin hüququna riayət edilməsinin əhəmiyyəti



Yüklə 2,04 Mb.
səhifə126/282
tarix17.02.2022
ölçüsü2,04 Mb.
#114516
1   ...   122   123   124   125   126   127   128   129   ...   282

Ərin hüququna riayət edilməsinin əhəmiyyəti



446. Allahın rəsulu (s): Qadın, əri ondan razı olduğu halda dünyadan gedərsə, behişt əhli olar.3

447. "Məsaili-Əli ibn Cəfər": Ondan (İmam Kazimdən (ə)) ərini incitmiş qadın barəsində soruşdum: Belə qadının namazı qəbuldurmu? Ümumiyyətlə belə qadını necə dəyərləndirmək olar?

Buyurdu: "Ərinin razılığını cəlb etməyincə, ona itaətsizlik etmiş sayılır."4

7\4

Həyat yoldaşına itaət edən qadının mükafatı



448. Allahın rəsulu (s): Allahını tanıyan, Onun peyğəmbərinə (s) iman gətirən və peyğəmbərin Əhli-beytinə etiqad bəsləyən qadın, gündəlik beş namazını qılar, Ramazan ayında oruc tutar, ətəyini (iffətini) qoruyar, ərinə itaət edər. Belə qadın, behiştə istədiyi qapıdan daxil olar.1

449. Allahın rəsulu (s): Qadın, gündəlik beş namazını qılsa, Ramazan ayında oruc tutsa, ətəyini (iffətini) qorusa, ərinə itaət etsə, behiştə istədiyi qapıdan daxil olar.2

450. Allahın rəsulu (s): Elm öyrənən, ərinə itaət edən qadın və valideynləri ilə xoşrəftar olan övlad peyğəmbərlərlə birlikdə, sorğu-sualsız behiştdə gedəcək.3

451. Allahın rəsulu (s): Üç şəxs cəhənnəm odu görməz: Ərinə iatət edən qadın...4

452. Allahın rəsulu (s): Ərinin göstərişlərinə tabe olan, onun hüququnu yerinə yetirən, onun yaxşılıqlarını dilə gətirən və onun namusuna, malına xəyanət etməyən qadın, behişt əhlidir. Onunla şəhidlərin arasında yalnız bir dərəcə məqam fərqi olacaq. Əgər əri mömin və xoşrəftar olsa, ona həyat yoldaşı seçiləcək. Amma mömin olmasa, qadın, (Allah yolunda) şəhid olmuş şəxslərdən biri ilə evləndiriləcək.1

453. "Kənzül-ümmal": İbn Abbas rəvayət edir: Ey Allahın rəsulu! Mən qadınların nümayəndəsi kimi sınin yanına gəlmişəm. Qiyamət gününə qədər mənim bu sözlərimi eşidən hər qadın seinər: Allah-təala həm kişilərin və həm də, qadınların Tanrısıdır. Adəm həm kişilərin və həm də, qadınların atasıdır. Həvva həm kişilərin və həm də, qadınların anasıdır. Allah-təala cihadı kişilərə vacib buyurub. Əgər onlar döyüşdə şəhid olsalar, Allahın yanında diridirlər və ruzi yeyəcəklər. Əgər cihada gedərkən yolda vəfat etsələr, yenə Allah yanında mükafat qazanırlar. Cihaddan sağ qayıtsalar da, Tanrı dərgahında böyük əcr və mükafatlar onları gözləyir. Biz isə yaralılara yardım edir və xəstələrə xidmət göstəririk. Bizim Allah yanında mükafatımız nədir?

Allahın Rəsulu (s) buyurdu: "Ey qadınların nümayəndəsi! Səni nümayəndə kimi göndərən bütün qadınlara de ki; ərə itaət etmək, onun haqq və hüququnu yerinə yetirmək, kişinin qazqndığı bütün fəzilətlərə bərabərdir."2



454. Allahın rəsulu (s): Rəvasın qızı Qəsrə Kindiyə müraciətlə: Ey Qəsrə! Allahı daim yad et ki, O da, səni qiyamət günü bağışlasın. Ərinə itaət et ki, Allah-təala səni dünya və axirət şərrindən qurtarsın. Ata-anana yaxşılıq et ki, evinin xeyir-bərəkəti artsın.3

455. Allahın rəsulu (s): Qadını ərinə itaət etməsinə aid olan nümunələrdən biri də, onun icazəsi olmadan müstəhəbb oruc tutmamasıdır... əks təqdirdə... Bu qadın itaətsizlik etmiş sayılır.1


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin