Beşinci fəsil
Ailənizin maddi ehtiyaclarını təmin edin
1\5
Ailənizin maddi ehtiyaclarını təmin etməyə həvəsləndirmək
456. Allahın rəsulu (s): Bəndənin əməl tərəzisində ilk olaraq onun ailəsinə verdiyi nəfəqə (dolanışıq üçün çəkilən xərc) mükafatlandırılacaq.2
457. Allahın rəsulu (s): Allah-təala, qazancını ailəsinə xərcləyən bəndənin verdiyi hər dirhəmin müqabilində, ona yeddi yüz bərabərini əta edər.1
458. Allahın rəsulu (s): Kişinin xərclədiyi ən dəyərli dinar, ailəsi üçün xərclədiyi dinardır.2
459. Allahın rəsulu (s): Quzularını otaran cavana müraciətlə: Agah olun! Əgər bu cavan valideynlərinin və ya onlardan birinin (rifahı və onların ehtiyaclarını təmin etmək üçün) zəhmət çəkirsə, əsl həqiqətdə Allah yolunda addımlamış olur. Əgər ailəsinin ehtiyaclarını təmin etmək məqsədilə çalışırsa, Allah yolunda addımlamış olur.
Öz ehtiyaclarını ödəmək üçün (başqasına möhtac olmamaq üçün) zəhmət çəkirsə, yenə də Allah yolunda addımlamış sayılır.3
Dostları ilə paylaş: |