Ailənizin məişət ehtiyaclarını təmin edin
483. Allahın rəsulu (s): Kişinin ailəsinə verdiyi nəfəqə (məişət xərcləri), sədəqə sayılır.6
484. Allahın rəsulu (s): Ailənə etdiyin hər yaxşılıq, xeyirxahlıq, sədəqə sayılır.1
485. Allahın rəsulu (s): Allah yolunda dinar xərcləyirsən, bir qulun azad olması üçün (dinar) verirsən, ehtiyaclı insanlara (dinar) sədəqə verirsən, ailənə (dinar) xərcləyirsən. Bütün bunların arasında, ailən üçün xərclədiyin (dinar) ən böyük mükafata (savaba) malikdir.2
486. Allahın rəsulu (s): Malından bağışladığın hər şey, sədəqədir. Ailənə xərclədiyin hər şey, sədəqədir. Həyat yoldaşının sənin qazancından yediyi hər şey, sədəqədir.3
487. Allahın rəsulu (s): Kişi əlinin zəhmətindən daha üstün halal ruzi əldə edə bilməz. Özünə, həyat yoldaşına, övladlarına və xidmətçisinə xərclədiyi hər şey, sədəqə sayılır.4
488. Allahın rəsulu (s): Müsəlman kişinin, Allah yolunda, ailəsi üçün xərclədiyi hər şey, sədəqə sayılır.5
489. İmam Əli (ə): Özün və ailən üçün xərclədiyin hər bir şey, israf və ifrata varmasa, sənə aid (olan ilahi mükafata malik)dir. Amma lovğalanmaq və şöhrət naminə xərclədiyin hər şey, şeytanın bəhrəsidir.1
İmam Sadiq (ə): İmam Zeynül-abidin (ə) sübh çağı evdən çıxıb, işləməyə gedərkən, soruşdular: Ey peyğəmbər övladı! Hara gedirsiniz?
Buyurdu (ə) : Ailəmə sədəqə verməyə gedirəm?
Dedilər: Ailənizə necə sədəqə verə bilərsiniz?
Buyurdu (ə) : Hər kim halal yoldan ruzi əldə edib, ailəsinin rifahı üçün xərcləsə, bu iş Allah tərəfindən sədəqə kimi qəbul edilər.2
5\5
Dostları ilə paylaş: |