491. Allahın rəsulu (s):Ailəsinin, ata-anasının rifahı üçün çalışan şəxs, Allah yolunda cihad edən mücahid kimidir.3
492. Allahın rəsulu (s): Cihad (təkcə) Allah yolunda qılınc vurmaqdan (döyüşməkdən) ibarət deyildir. Doğrusu, (həqiqi) cihad, valideyn və övladlarının (maddi ehtiyaclarını) idarə etməkdən ibarətdir. Öz ehtiyaclarını təmin etmək və baçqalarına möhtac olmamaq üçün çalışan şəxs də cihad edir.4
493. İmam Əli (ə): Sizin hər birinizin Allah yolunda (döyüşmək üçün) addımlamanız, ailəniz və övladlarınızın (ehtiyaclarını təmin etmək) üçün çalışmağınızdan üstün deyildir.1
494. İmam Sadiq (ə): Üzün nuraniliyini axtardım, onu gecə namazında tapdım. Cihadın savabını axtardım, onu ailə(nin rifahı) üçün çalışmaqda tapdım. Allahla dostluğu axtardım, onu günah əhlinə nifrət etməkdə tapdım.2
495. İmam Rza (ə): Ailəsinin yaşayışını təmin etmək üçün Allahın ruzisini qazanmaq üçün çalışan şəxsin savabı, Allah-təala yolunda cihad edən şəxsin savabından çoxdur.3