(Ey möminlər!) Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh (yaxud evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü, mərhəmətilə) genişdir, (hər şeyi) biləndir!3
Hədislər:
24. Allahın rəsulu (s): Evlənin və ailə qurun! Agah olun! Müsəlman kişinin bir qadının (ailəsinin) gündəlik ehtiyaclarını ödəməsi, onun xoşbəxtliyindəndir. İslam dininə görə, Allah-təala yanında heç bir şey, evliliklə abad olan ev qədər dəyərli deyildir.1
25. Allahın rəsulu (s): Hər kəs, iki mömini bir-birinə qovuşdurmaq üçün səy göstərsə, Allah-təala (axirətdə) ona dürr və yaqutdan olan saraylarda məskunlaşmış min huri ilə evləndirər. Onun bu yolda atdığı hər addıma və ya söylədiyi hər kəlməyə görə, bir il gecələr ibadətlə məşğul olub, gündüzlər oruc tutmağın savabı verilər.2
26. Allahın rəsulu (s): Hər kim mömin qardaşını, ona həmdəm olan, rahatlıq gətirən və həyatda yardım edən bir qadınla evləndirsə, Allah-təala (axirətdə) onu hurilərlə evləndirər. Peyğəmbərinin əhli-beytindən olan sadiq insanlar və (mömin) qardaşlarla həmsöhbət edər.3
27. Allahın rəsulu (s): Hər kəs mömin qardaşını evləndirsə, Allah-təala (qiyamət günü) onun başına şahlıq tacı qoyar.4
29. İmam Kazim (ə): Üç şəxs, (qurtuluş üçün) Allahın (rəhmət) kölgəsindən başqa heç bir kölgənin olmadığı bir gündə, Tanrının ərşinin gölgəsinə (himayəsinə) sığınaraq, nicat taparlar: Öz müsəlman qardaşını evləndirən, ona xidmət göstərən və yaxud onun sirrini qoruyub saxlayan şəxlər.1 5\1