Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə141/282
tarix17.02.2022
ölçüsü2,04 Mb.
#114516
1   ...   137   138   139   140   141   142   143   144   ...   282
503. Allahın rəsulu (s): Mömin Allahın ədəbinə uyğun rəftarını tənzimləyər. Allah-təala ona çoxlu nemət verdiyi zaman, o da, (başqalarına qarşı) səxavətli olar. Allah-təala onun ruzisini azaltdığı zaman isə (məsləhətə uyğun olaraq,) yardım etməkdən əl saxlayar.3

504. Allahın rəsulu (s): Mömin gəzəl rəftarı və bəyənilmiş əxlaqı, Allah-təaladan öyrənmişdir. Allah-təala ona çoxlu nemət verdiyi zaman, o da, özü üçün rifah və firavanlıq yaradar. Allah-təala onun ruzisini azaltdığı zaman isə ona uyğun davranar.4

505. Allahın rəsulu (s): Allah-təala bir kəsə çoxlu nemət verdiyi halda, o, öz ailəsini ehtiyac içərisində saxlasa; belə ki, ailəsi (məhrum qaldıqları üçün) qazan və qızardılmış yeməklərin iyini qonşulardan duysa, qonşuların cür-bəcür paltarlar geydiyini görüb, lakin onlar geyinə bilməsələr, bu şəxs bizdən deyil!1

506. İmam Zeynül-abidin (ə): Möminin xüsusiyyətlərindən biri də, budur ki: Maddi imkanı yol verdiyi qədər xərclər (bədxərclik və israf etməz), sərvəti çox olduğu halda, çox səxavət göstərər, camaatla insafla rəftar edər və (insanlara) ilk olaraq, o salam verər.2

507. İmam Sadiq (ə): Allah-təala sizə çoxlu nemət verdiyi zaman, siz də, (başqalarına qarşı) səxavətli olun. Allah-təala sizin ruzinizi azaltdığı zaman isə (məsləhətə uyğun olaraq,) yardım etməkdən əl saxlayın. Əliaçıq olmaqda, sizdən daha səxavətli olan Allahın qarşısında lovğalanmayın.3


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin