Həyat yoldaşın cinsi ehtiyaclarını təmin etməyən qadın tənqid olunması
527. "Əl-Möcəmül-əvsəd": Allah-təala hey bəhanə gətirən qadınları lənətləmişdir.
Dedilər: Ey Allahın elçisi! Hey bəhanə gətirən qadınlar hansılardır?
Buyurdu: "Əri onu yatağına çağıra, amma o deyə: Sonraya qalsın. Əri də naümid olub yata."2
528. İmam Sadiq (ə): Bir qadın Peyğəmbərin (s) yanına bir iş üçün gəldi. Peyğəmbər (s) ona buyurdu: "Sən də hey bəhanə gətirən qadınlardansanmı?"
Dedi: Ey Allahın elçisi! Hey bəhanə gətirən qadınlar hansılardır?
Buyurdu: "Əri onu (cinsi) ehtiyacı üçün yanına çağıra, amma qadın o qədər bu işi təxirə sala ki, əri mürgüləyib, yatsın. Belə qadını mələklər, əri yuxudan ayılana qədər lənətləyər."3
529. Allahın rəsulu (s): Qadınlara müraciətlə: Ərinizi özünüzdən uzaqlaşdırmaq üçün namazlarınızı uzatmayın.4
6\6
Dostları ilə paylaş: |