537. "Səhihi-Buxari": Əbu Cəhiyfə rəvayət edir: Peyğəmbər (s) Salmanla Əbu Dərdanı qardaşlıq əhdi oxutdu. Onları qardaş etdi. Bir gün Salman Əbu Dərdaya baş çəkməyə getdi. O, Ümm Dərdanın üst-başının pərakəndə və səliqəsiz olduğunu gördü. Soruşdu: Nə üçün bu vəziyyətdəsən?
Ümm Dərda dedi: Qardaşın Əbu Dərda tərki-dünya olub!
Əbu Dərda gəldi və Salmana yemək hazırlayaraq, dedi: Sən ye, mən orucam.
Salman dedi: Sən yeməsən, mən də yeməyəcəyəm.
Əbu Dərda yedi. Gecə olduqda, Əbu Dərda səhərədək oyaq qalıb, ibadətlə məşğulolmaq istədi. Salman ondan yatmasını xahiş etdi. Əbu Dərda yatdı.
Yenidə gecənin bir vaxtı ayağa qalxıb, ibadətlə məşğul olmaq istədikdə, Salman yenə də, ondan yatmasını xahiş etdi. O da, yatdı.
Səhərə yaxın Salman ayağa qalxıb, onu yuxudan ayıltdı. Hər ikisi namaz qılmağa başladılar.
Sonra Salman dedi: Allahın sənin boynunda haqqı olduğu kimi, bədəninin də, sənin boynunda haqqı var. Hər kəsin haqqını özünə ver.
Ardınca Əbu Dərda Peyğəmbərin (s) yanına gəlib, əhvalatı ona danışdı. Allahın rəsulu (s) buyurdu: "Salman doğru deyib."1
538. "Sünəni-Əbi Davud": Aişə rəvayət edir: Peyğəmbər (s), Osman ibn Məunun ardınca adam yoladı və onu yanına çağırdı. Osman gəldi. Peyğəmbər (s) ona buyurdu: "Ey Osman, mənim sünnəmdən (adət-ənənəmdən, davranışlarımdan) üz çevirirsənmi?"
Cavab verdi: Xeyir, ey Allahın rəsulu! Mən sənin yolunu getmək istəyirəm.
Buyurdu: " Mən gecələr həm yatıram, həm də namaz qılıram. Gündüzlər bəzən oruc tuturam, bəzən isə tutmuram. Qadınlarla (həyat yoldaşlarımla) cinsi əlaqədə oluram. Allahdan qorx, ey Osman! Həyat yoldaşının da sənin boynunda haqqı var. Qonağının da sənin boynunda haqqı var. Öz bədəninin də, sənin boynunda haqqı var. Bəzi günlər oruc tut, bəzi günlər isə ye.Gecələr həm namaz qıl, həm yat."1
7\6
Dostları ilə paylaş: |