555. İmam Baqir (ə): Əbdür-rəhman ibn Kəsir: İmam Sadiqin (ə) yanında əyləşmişdim. Həzrət (ə) şeytanın (insan, övlad sahibi olmaq istədikdə) vəsvəsəsindən elə danışdı ki, qorxdum. Dedim: Sənə qurban olum! Onun şərindən neçə yaxa qurtarmaq olar?
Buyurdu: "Həyat yoldaşınla yaxınlıq etməmişdən öncə belə dua et: Bağışlayan və mehriban Allahın adı ilə. Ondan başqa tanrı yoxdur. Yerlərin və göylərin yaradanıdır. İlahi! Əgər bu gecə mənə canişin (övlad) qismət etmək məqsədin vardırsa, şeytanın ondan bəhrələnməsinin qarşısını al. Onu şeytandan və onun şərrindən uzaq və pak saxla. Sən ən ali həmd-sənaya layiqsən."1
554. İmam Sadiq (ə): Szilərdən hər kim həyat yoldaşı ilə yaxınlıq etmək istəsə, əvvəlcə Allahı yad etsin (və "Bismillah"-"Allahın adı ilə" desin). Çünki bu zaman Allahı yad etsməsə, şeytan onun dünyaya gətirdiyi övladda öz payını (şərrini, fitnəsini) qoyar...2
6- Dəstəmaz almaq
557. Allahın rəsulu (s): Szilərdən hər kim həyat yoldaşı ilə cinsi əlaqəyə girdikdən sonra, yenidən bu işi təkrarlamaq istəsə, dəstəmaz alsın. Çünki dəstəmaz almaq onun yenidən yaxınlıq etməyinə həvəs (nəşat) qatar.3
558. Allahın rəsulu (s): Szilərdən hər kim həyat yoldaşı ilə yaxınlıq etdikdən sonra, bu işi təkrarlamaq istəsə, aradakı fasilədə dəstəmaz alsın.4
559. Allahın rəsulu (s): Möhtəlim5 olmuş kişinin, qüsl almadan, həyat yoldaşı ilə cinsi əlaqəyə girməsi məkruhdur. Çünki möhtəlim olduqdan sonra yaxınlıq etsə, bunun nəticəsində sahib olduğu övlad dəli olsa, özündən başqa heç kimi danlamasın (özünü günahkar bilsin).1
9\6
Dostları ilə paylaş: |