1- Cinsi əlaqədə ifrat etmək
560. "Mən la yəhzərühül-fəqih": Allahın rəsulu (s) buyurdu: Kim əbədi yaşamaq istəyirsə, doğrusu, əbədi yaşamaq mümkün deyil. Amma (belə istəyi olan, uzunömürlü olmaq istəyən,) sübh yeməyi yesin, gözəl (rahat) ayaqqabı geyinsin, geyimi yüngül olsun və qadınlarla çox cinsi əlaqədə olmasın.
Soruşsular: Ey Allahın elçisi! Geyimin yüngül olmağından mədqsəd nədir?
Buyurdu: "Borcun az olması."2
554. İmam Əli (ə): "Cima3 nədir?"-deyə soruşulduqda, buyurdu: Utanmaq pərdəsinin kənara gedir, övrətlər qovuşur, bu (sanki) dəliliyə ən çox oxşayan haldır. Intim əlaqədə olmaqda ifrat etmək, insanı qocaldar. (Haram yolla bu işi) görüb qurtardıqdan sonra özünə gəldikdə, peşman olur. Bu işin halal meyvəsi, övladdır. Diri qalsa, valideynini məşəqətə salır. Ölsə, valideynləri (yenə də), onun üçün qəm-qüssəyə batır.1
Dostları ilə paylaş: |