Ayətullah məHƏMMƏd məHƏMMƏDİ reyşƏHRİ İslamda aiLƏ SƏADƏTİ Mütərcim: Dr. Əfzələddin Rəhimov



Yüklə 2,04 Mb.
səhifə182/282
tarix17.02.2022
ölçüsü2,04 Mb.
#114516
1   ...   178   179   180   181   182   183   184   185   ...   282
593. Allahın rəsulu (s): Atanın övladına dua etməsi, peyğəmbərin öz ümmətinə dua etməsi kimidir.3

594. Allahın rəsulu (s): Atanın övladına dua etməsi, suun əkin sahəsini inkişaf etdirməsi kimidir.4

595. Allahın rəsulu (s): Allah-təala, övladının xətalarını bağışlamaqla və ona dua etməklə, onun yaxşı əməl sahibi olmasına (ata-anasına xeyirxahlıq etməsinə) kömək edən şəxsdən (valideynlərə) razı olsun.5

596. İmam Zeynül-abidin (ə): İlahi! Övladlarımın qalması ilə mənə minnət qoy, onları mənə layiqli etməklə, məni də onlara layiqli etməklə mənə minnət qoy.

İlahi! Mənim üçün onların ömrünü uzun et, kiçiklərini tərbiyələndir, zəiflərinə qüvvət ver, bədənlərini, dişlərini, və əxlaqlarını sağlam et, ehtiyacım olduğum şeylərdə, can və əzalarına sağlamlıq ver, mənim üçün mənim əlimlə ruzilə-rini bol et, onları təqvalı əməli salehlərdən, bəsirət sahibləri, haqqı eşidib ona itaət edən-lərdən qərar ver, öz dostlarına nisbətdə aşiq və xeyirxah, düşmənlərinə qarşı kinli et, İlahi! Övladlarımın vəziyyəti həmişə belə olsun! İlahi! Onların vücudları ilə qollarımı güclü, işlərimdəki qarışıqlığı onlarla islah et və məclisimi onların vücudu ilə zinətli, yadımı onlarla diri saxla, və olmadığım zaman işimə onların vasitəsi ilə kifayət et, onların əli ilə ehtiyaclarımın ödənməsində mənə yardım göstər, onları mənə aşiq et, mənə qarşı mehriban et ki, həmişə mənim əmrimə tabe olsunlar, mənə qarşı itaətsizlik etməsinlər, onları gözəl tərzdə tərbiyələndirib onlara yaxşılıq etməkdə mənə yardım et, öz mərhəmətinlə onlardan əlavə mənə oğlan övladları nsib et, bu işdə mənim üçün xeyir qərar ver, Səndən istədiyim şeylərdə onları yardımçım et, məni və övladlarımı qovulmuş Şeytanın şərrindən qoru ki, Sən bizi yaratmısan və bizə əmr edib qadağan etmisən, əmrinə itaətə savabla rəğbətləndirib qadağanına mürtəkib olmağı əzabla qorxtmusan, və bizə elə bir düşmən qərar vermisən ki, bizi aldadır, bizim üzərimizdə ona qüdrət vermisən ki, bizim onun üzərində qüdrə-timiz yoxdur, qəlblərimizdə ona yer vermisən, qan damarlarımızda axıtmısan; əgər biz onu unutsaq da o bizdən qəflətə dalmaz, unutsaq bizi unutmaz, bizi Sənin əzabından arxayın edər, Səndən başqasından qorxudar, pis bir işə əl uzatmaq istədikdə o işə qarşı bizə şücaət verər, yaxşı bir işə yönəltdikdə bizi ondan saxlayır, istəklərlə bizi axtarmaqda-dır, yolumuz üstə həmişə şübhə sancar, və’də versə yalan deyər, xoş bir xəbərlə muştuluq versə və’dindən dönər, əgər Sən özün Şeytanın hiyləsini bizdən uzaqlaşdırmasan bizi azdırar, fəsadından bizi qorumasan xətaya salar. İlahi! Öz qüdrətinlə onun qüdrətinlə bizdən uzaqlaşdır ki, duaları-mızın çoxluğu səbəbi ilə onu bizdən kənar edəsən ki, nəticədə onun hiyləsindən Sənin pənahında yerləşən günahsızlardan olaq. İlahi! Bütün istək-lərimi ver, hacətlərimi hicabətə yetir, duamın qəbul edilməsindən məni məhrum etmə ki, Sən özün duamın qəbul edilməsinə zamin olmusan, duamı özündən gizlətmə ki, Sən özün məni dua etməyə əmr etmisən, bu və sonrakı dünyada hamının islahına səbəb olan bütün şeyləri mənə əta et ki, istər demiş olum yaxud da unudum, aşkar etmiş olum yaxud da gizlədim, gizlindən istəyim, yaxud üzdə, və bütün bütün bu cəhətlərdə məni öz işini islah edənlərdən qərar ver, onlar Səndən istədikləri hacətləri ilə uğura yetənlər zümrəsində qərar tutdular, Sənə e’timad etməyin nəticəsində lütfündən məhrum olmadılar, o zümrədən ki, Sənə üz gətirməyi özlərinə adət etmiş, Səninlə sövdələşmələrindən çoxlu mənfə-ət qazandılar, onlar ki, izzət pənahında oturdu-lar, Sənin geniş lütfündən kərəminlə bol halal ruzi tapdılar, Sənin mərhəmətinlə zillətdən izzətə yetdilər, zülmündən ədalətinin pənahında yaşayırlar, onlar ki, rəhmətinlə bəladan can qurtarmış, sərvətinlə yoxsulluqdan ehtiyacsız-lığa yetmişlər, hifzinlə günahlardan amanda qal-mış, itaətin sayəsində xeyir və yaxşılığa nail olmuşlar, qüdrətinlə onlarla günahları arasında maneə yaradılmış, Sənə qarşı hər cür itaətsiz-liyi yerə qoymuş, və rəhmətin əhatəsində sakin olmuşlar. İlahi! Bütün bu işləri Öz lütfünlə, rəhmətinlə bizə əta et, bir Cəhənnəm əzabından nicat ver, və bütün mö’min kişi və qadınlara özümə və övladladlarıma istədiklərimdən bu dün-yada və axirətdə nəsib et, həqiqətəndə Sən yaxşı-san, duaları qəbul edirsən, eşidənsən, bilənsən, əfv edən və bağışlayasan, bizə bu dünyada da, axi-rətdə ehsan et, və bizi Cəhənnəm əzabından qoru.1

4\7


Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   178   179   180   181   182   183   184   185   ...   282




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin