3- Qarşılıqlı olaraq cinsi istəkləri təmin etməyin mükafatlandırılacağına təkid olunur
Mühüm və diqqət olunması zəruri olan məsələlərdən biri də, islami rəvayətlərdə evli cütlərin bir-birilərinin cinsi istəklərini təmin etmələrini təşviq etmək məqsədilə, tam şəkildə maddi bir məsələ olan halan yolla cinsi istəkləri təmin etməyə mənəvi mükafatlar vəd olunmasıdır. Məhşur hədis alimi, Şeyx Koleyni (kitablarında) Peyğəmbərin (s) Əbuzərə bu haqda belə buyurduğunu zikr etmişdir: "Həyat yoldaşınla cinsi əlaqədə olduqda savab qazanırsan."
Əbuzər təəccüblə soruşdu: Qadınlarla yaxınlıq etdikdə mükafatlandırılırqmı?
Buyurdu: "Hər vaxt harama düçar olsan, günahkarsan. Halal yolla cinsi əlaqədə olsan isə savab qazanarsan."2
Başqa bir rəvayətdə buyurur: "(Kişi) qadını ilə cinsi əlaqədə olduğu zaman günahları, ağacın yarpaqları kimi yerə tökülər. Qüsl etdiyi zaman isə günahları yuyulub, təmizlənər."3
Dostları ilə paylaş: |