Bir sıra rəvayətlərimizdə kişinin öz həyat yoldaşının cinsi istəklərini təmin etməməsi və həmçinin qadının öz ərinin cinsi istəklərinə cavab verməməsi, şiddətli formada tənqid olunur. Mərhum Koleyninin yazdıqlarına əsasən İslam peyğəmbəri (s) qadınlara müraciətlə belə buyurur: "Ərinizi özünüzdən uzaqlaşdırmaq üçün namazlarınızı uzatmayın."1
Peyğəmbər (s), ifrat şəklində ibadətə məşğul olan və həyat yoldaşının cinsi istəklərini təmin etməyən Osman ibn Məzun adlı səhabəsinə buyurur: " Həyat yoldaşının da sənin boynunda haqqı var. 2
Başqa bir hədisdə isə ona buyurur: "Ey Osman! Allah-təala məni rahib olaraq göndərmədi. Əsl həqiqədə, məni sadə və asan təkallahlıq dini ilə (sizə peyğəmbər) göndərdi. Mən həm oruc tuturam, həm namaz qılıram, həm də ki, həyat yoldaşımla cinsi əlaqədə oluram. Mənim gətirdiyim dini sevən şəxs, mənim sünnəmi (söylədiklərimi, davranış və rəftarlarımı) özünə nümunə götürməlidir. Məni sünnəmdən biri də, evlənməkdir!"3
Dostları ilə paylaş: |