5- Məişət işlərində bir-birinə yardım etmək
Ər-arvadın ailə həyatının möhkəm bünövrə üzərində qurulmasına xidmət edən və bu yöndə əsaslı təsirə malik olan əxlaqi vəzifələrindən biri də, məişət işlərində bir-birilərinə kömək etmələridir.
İslamı rəvayətlərdə bu haqda özünəməxsus möhtəşəm və yüksək məna çalarlarına malik ibarətlər işlədilməsi, sağlam ailə mühitinə səbəb olan bu amilə xüsusi müqəddəslik bağışlayır. Allahın elçisi (s) Həzrət Əliyə (ə) müraciətlə belə buyurur: "Ey Əli! Yalnız doğru danışan insan, şəhid və Allah-təalanın dünya və axirətdə xeyrini istədiyi şəxs, ailəsinə xidmət edər."1
Başqa bir hədisdə oxuyururq: !Sənin (kişinin) qadına xidmət etməsi, sədəqədir!2
Digər bir hədisdə isə buyurulur: "Kişi arvadına su içirdikdə savab qazanar."3
Yenə oxuyuruq: "Möminə hər bir əməli üçün savab verilər, hətta həyat yoldaşının ağzına qoyduğun hər loğma üçün belə."4
Qadının ərinə məişət işlərində yardım etməsi haqda belə buyurulur: "Allah-təala, ərinə yeddi gün kömək edən hər qadının üzünə, cəhənnəmin yeddi qapısını bağlayar və behiştin yeddi qapısını açar ki, istədiyi qapıdan oraya daxil olsun."1
İmam Əlinin (ə) yaxın köməkçisi və dünya qadınlarının sərvəri Fatimə (ə) bu barədə islam cəmiyəti üçün ən dəyərli və gözəl nümunədir. İmam Baqir (ə) buyurur: "Əli (ə) və Fatimə (ə) işləri bölmək üçün Peyğəmbərin (s) yanına getdilər. Allahın elçisi (s) ev işlərinin Fatiməyə, evdən kənardakı işlərin isə Əliyə aid olduğunu bildirdi.
Dostları ilə paylaş: |